Nağıllar, hekayələr

Siçan yemək axtarışında

Biri varmış biri yoxmuş bir siçan varmış. Qarnı ac imiş.

 

Başlamış özünə yemək axtarmağa. Axtarmış, axtarmış, bir tikə ət tapmış, ancaq ətdən xoşu gəlmədiyindən yeməmiş. Başlamış yenə axtarmağa. Bir dənə noxud tapmış, dadına belə baxa bilməmiş, o qədər bərk imiş ki, az qala dişi sınacaqmış. Sonra axtaranda bir dilim pendir çıxmış qabağına, dadına baxmış, xoşuna gəlmiş, qarnını doyurmuş. Hələ birazını da axşama saxlamış.