İbrahim Yusifoğlu. Nar çiçəyi
Hər ağacın, hər kolun.
Özünün var çiçəyi.
Mənə daha xoş gəlir,
Bağçada nar çiçəyi.
Kolların budaqları,
Al-qırmızı bələnib.
Çiçəklərin üstünə
Mirvari şeh ələnib.
Günəşdən nur əmərək,
Onlar bara dolacaq.
Çiçəklərim payızda
Gulöyşə nar olacaq.
06.07.2026