Təbiət

Malayziyanın uçan sincabı və ya “Kaquan”

Malayziyanın uçan sincabı həmçinin “Kaquan” və ya Malayziyanın “uçan lemuru” da adlanır, belə ki bu heyvanın başının forması lemuru xatırladır. Adına baxmayaraq, Malayziyanın uçan sincabı uça bilmir. Lakin ağacdan ağaca planlı şəkildə hərəkət etməyi bacarır. Bu sincabın sanki dəridən qanadı var. Dəri quyruğundan başlayaraq boğaz nahiyəsinə kimi uzanır. Yayılma arealı - Malayziya, Tailand, İndoneziya və Sinqapurun tropik meşələridir.


Bu heyvanlar görünüşcə unikaldırlar. Malayziya sincabının böyük gözləri, uzun ayaqları və iti caynaqları var. Bədəninin uzunluğu təxminən 38 - 42 sm, quyruğunun uzunluğu - 11-27 sm-dir. Təxminən 1-1.7 kq çəkisi olur. Erkək sincabların xəzi ağ ləkələrlə örtülü qırmızı-qəhvəyi, dişi sincablar da isə ağ ləkələrlə örtülü boz-qəhvəyi rəngdə olur. Heyvanın qarın nahiyəsinin rəngi açıq olur: narıncı və ya tünd portağal rəngində.


Bu heyvan gecə həyatı yaşayır. Gündüz onlar ağacın içindəki boşluqlarda dincəlir, gecə isə aktiv olurlar. Onların qida rasionunu əsasən körpə yarpaqlar, toxumlar, meyvələr və çiçəklər təşkil edir. Kaquanlar əksər vaxtlarında iti caynaqları ilə ağacdan yapışaraq başı aşağı dururlar. Bu vəziyyətdə onlar ərincəklər kimi görünürlər. 


Geniş və iri başı, böyük gözləri və yuvarlaq qısa qulaqları həqiqətən bir lemuru xatırladır. 


Kaquanlar bir və ya iki bala dünyaya gətirir. Yeni doğulmuş körpələr ilk aylarını yuvada keçirir, daha sonra isə artıq anaları ilə gəzməyə başlayırlar. Ana kaquan balasını quyruğunda gəzdirir. 


Meşə sənayesinin sürətlə artması və kənd təsərrüfatının ehtiyacları səbəbindən yağış meşələrinin itirilməsi Malayziya uçan sincabının məhv olmasına gətirib çıxarır. İnsanlar onları xəzi və əti üçün ovlayırlar.