Son əlavə olunanlar

Xəbərlər

12 Mart – Daxili Qoşunlar Günüdür

​Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi. Ona görə də 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.  

Bu gün Yel çərşənbəsidir

Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun gəlişi dörd çərşənbə ilə müjdələnir. Yel çərşənbəsi – Novruzun üçüncü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi” və ya “Yelli çərşənbə” kimi də tanınır.  

10 mart Milli Teatr Günüdür

10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.  

9 Mart – Barbi Gəlinciyinin Yaranması Günüdür

Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar? Çünki belə qırıntılardan da gəlir əldə etmək olardı. Rut irəli bir təklif sürdü və bildirdi ki, həmin ağac parçalarından gəlinciklər üçün mebel hazırlansın. 

Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”

Martın 14-də Novruz bayramı münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Gəl, Novruzum” adlı konsert proqramı təqdim olunacaq.

“Televiziya və Radio günü uşaqların gözü ilə” adlı tədbir keçirilib

Xəzər Universitetinin Dünya Məktəbində Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Televiziya və Radio günü uşaqların gözü ilə” adlı tədbir keçirilib.