Son əlavə olunanlar

Xəbərlər

3 Mart – Ümumdünya Yazıçı Günüdür

Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.  

3 Mart – Ümumdünya Vəhşi Təbiət Günüdür

20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 saylı qətnamə ilə).  

27 Fevral – Beynəlxalq Qütb Ayısı Günüdür

Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (International Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. 

Təhsil müəssisələrində Xocalı qurbanlarının xatirəsi yad edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbirlər keçirilib.  

Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.  

Valideyn və uşaq arasındakı sağlam ünsiyyət uşağın düzgün şəxsiyyət kimi inkişafına kömək edir

Uşaqların öyrənmə təcrübələrinin əsası ailədə qoyulur. Valideynlər yalnız birbaşa öyrətməklə deyil, digər şəxslərdən öyrəndiklərini də öz təcrübələri ilə sintez edərək, doğru olan yanaşmalarla uşaqların ilkin dövrdə inkişaf və öyrənmə proseslərinə öz töhfələrini vermiş olurlar”.