2025-2026-cı tədris ili üzrə 60 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına 60 min uşaq qeydiyyatdan keçib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, valideynlər “məktəbəqəbul.edu.az” platformasına daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.
Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-dək davam edəcək.
13.08.2025