Son əlavə olunanlar

Xəbərlər

17 Aprel – Ümumdünya Hemofiliya Günüdür

Bu gün Ümumdünya Hemofiliya Günüdür. Hər il 17 apreldə bir çox ölkə Ümumdünya Hemofiliya Federasiyasının (ÜHF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kampaniyasına qoşulur və həmin təqvim gününü qeyd edir.  

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Özbəkistana kitab kolleksiyası hədiyyə edib

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına uşaq ədəbiyyatından ibarət zəngin kitab kolleksiyasını təmənnasız olaraq hədiyyə edib.  

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.  

15 Aprel - Ümumdünya İncəsənət Günüdür

15 Aprel- Dünya İncəsənət Günüdür. Bu əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.  

BŞTİ: Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır

2026-2027-ci tədris ili üzrə paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 230 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.  

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

Aprelin 25-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında gənc rejissor Ayla Osmanovanın quruluşunda Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.