Son əlavə olunanlar

Bu maraqlıdır!

Bakı milyonçuları arasında inşa edilən ilk bağ evi

Bakı milyonçuları arasında inşa edilən ilk bağ evinin müəllifi İosif Ploskodur. Bu, faciəvi ölümü ilə tarixə düşən Murtuza Muxtarovun bağ evidir. 

Bakının ilk teatr binası

Oxuyurlar, oynayırlar, ictimai məsələləri yumoristik formada indanlara çatdırırlar. Və bunların hamısı H.Z.Tağıyevin teatrında baş verir. Bakının ilk teatr binasında.

Bakı Uşaq Dəmir Yolu

ADA universiteti, Dədə Qorqud parkı və Bakı Zooloji parkının ərazisini əhatə edən ərazidə uşaqlar üçün dəmiryolu var idi. Bir çox sovet şəhərində qarşımıza çıxan bu Əyləncə vasitəsindən geri qalan təkcə bu stansiyadır - 1947-2009-cu illərdə Bakıda mövcud olmuş uşaq dəmir yolu. 

Çinin əsrarəngiz “Sarı dağ”ı

Çində qədimdən belə bir xalq kəlamı var – “Huanşan da daxil olmaqla 5 məşhur dağı görənlər digər dağları görmək istəməz. Huanşan dağını görən isə heç bir dağı görmək istəməz”. Yəni Huanşan dağı o qədər gözəldir ki, onu görən bir çinlinin ölkədəki digər məşhur dağlara səyahət etməsinə gərək qalmayacaq.

Şoze arxipelaqı

Şoze arxipelaqı, Fransa sahillərindən 17 kilometr aralıda, Manş boğazında yerləşən unikal adalar qrupudur. Coğrafi olaraq Norman adalarına, inzibati cəhətdən isə Qranvil kommunasın aitdir. Yüksək gəlgit zamanı, yəni dəniz suyunun qabarması nəticəsində 52 ada, çəkilməsi zamanı isə, əvvəllər su altında gizlənmiş bir çox adalar üzə çıxır və onların sayı 365-ə çatır. Bir neçə balıqçı ailəsinin yaşadığı Böyük Ada (Grand İle) istisna olmaqla, digər adalarda yaşayış yoxdur.

Kompas yerinə hansı bitkilərdən istifadə etmək olar?

Keçmişdə insanlar, kompasların ixtirasından əvvəl, ərazini gəzmək üçün xüsusi kompas bitkilərindən istifadə edirdilər. Kompas bitkiləri - yarpaqları maqnit meridianının müstəvisində, yəni şimaldan cənuba doğru düzülən, müxtəlif bitki növlərinin adıdır.