Son əlavə olunanlar

Bu maraqlıdır!

Heraldika - gerb və emblemlər

Orta əsrlərdə, Qərbi Avropada insanın cəmiyyətdə hansı təbəqəyə aid olduğunu göstərən daha bir fərqləndirici nişan mövcud idi. Bu, hərbi-zadəgan təbəqəsinin qalxan və dəbilqəsinə, bayraq və at çuluna vurulan şəxsi nişan — gerb idi. Gerb üzərindəki nişanlar polad geyimli cəngavərlərə bir-birini uzaq məsafədən tanımağa xidmət edərdi.

Kolomares qalası - Kolumbun şərəfinə ucaldılan ən böyük və qeyri-adi abidə

Kolomares qalası və ya "El Castillo Monumento de Colomares" - İspaniyanın kurort şəhəri Benalmadenanın əsas görməli məkanı, "Yeni Dünya-Amerikanın" səyyah Xristofer Kolumb tərəfindən kəşfinin 500-cü ildönümünə həsr olunmuş əfsanəvi abidədir.

Dünyanın ən uzun əkiz göydələnləri

Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən Petronas Qüllələri müasir dünyanın arxitektura möcüzələrindən biri olmaqla, ən uzun əkiz göydələnləri hesab edilir.

Qırmızı qumlu Simpson səhrası

İngilis Styort Çarlz (1795-1869) 1845-ci ildə Avstraliya valisinin tapşırığı ilə təmiz su axtarmaq məqsədilə qitənin mərkəzi hissəsinə ekspedisiya təşkil edir. Beləcə, 1926-cı ildə xəritə tərtib edilərkən adı Arunta Səhrasına dəyişdirilən "Stert" səhrası kəşf edilir. Və yalnız sonra, 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra səhranı Allen Simpsonun şərəfinə adlandırmışdır. 

Ay adlarının yaranma mənşəyi

Qədim dövrlərdə xronologiya 10 aylıq bir təqvimə əsasən aparılıb (bir ildə ümumilikdə 304 gün var idi) və ayların adları sıra ilə üst-üstə düşürdü: birinci, ikinci, altıncı, onuncu (və ya latıncada  unus, duo, tres, quattuor, quinque, sex, septem, octo, roman, decem). Həmin təqvimdə il gecə və gündüzün bərabər olduğu və təbiətin oyandığı mart ayından başlayıb. Eramızdan əvvəl VII əsrdə təqvimin islah edilməsinə - günəş-ay tsikli ilə uyğunlaşdırılmasına qərar verildi. Beləliklə, 2 ay daha yarandı - yanvar və fevral  ayları və il 365 günə qədər artdı.

Krouli gölünün sirli sütunları

1941-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı Krouli gölünün sahilində spiral şəkilli daş sütunlar aşkar edilmişdir. Bu qeyri-adi sütunların hündürlüyü təxminən 6 m-dir. Sütunların bir-birinə tağlarla birləşməsi onları qədim memarlıq binalarına bənzədir.