Son əlavə olunanlar

Bu maraqlıdır!

Qəzet nə vaxt yaranıb

Qəzeti qədim romalılar ixtira ediblər. Hələ eramızdan əvvəl II əsrin ortalarında Əbədi şəhərin (Romanı belə adlandırırlar) küçələrində qəzet satıcılarının uca səsləri eşidilirmiş: “Acta populi diurna”, yəni “Xalqın gündəlik işləri”. Roma qəzetləri hadisələrin xronikasının yazıldığı taxta lövhəciklərdən ibarət olub.   

Albert Eynşteynin 10 qızıl dərsi

Heç vaxt səhv etməyən insan, heç vaxt yenilik etməyən insandır.  Elm – məktəbdə öyrədilən şeyləri yaddan çıxardıqdan sonra yerində qalanlardır.  Mən öz təxəyyülümdə rəssam kimi şəkil çəkməkdə azadam. Təxəyyül vacib elmdir. Elm məhduddur. Təxəyyül isə bütün dünyanı əhatə edir.

Xəritələr

Yəqin ki, siz dünyanı və Azərbaycanı əks etdirən xəritələr görmüsünüz. Xəritələrdən müxtəlif sahələrdə istifadə olunur.     

Avtoportret

İntibah dövrü - portret janrının və onun tərkibinə daxil olan janrlardan biri - avtoportretin çox sürətlə inkişaf edərək dirçəldiyi bir dövrdür. Təsvir edənin şəxsi portreti avtoportret adlanır, təsviri sənətin rəngkarlıq, heykəltəraşlıq və qrafika növlərində yaradılır.

Heyvanlar haqqında maraqlı faktlar

1. Meymunlar güzgüdə özlərini tanıya bilirlər.

Coğrafi ünvanlar

Yer kürəsində hər hansı məntəqənin harada yerləşməsini qlobus və xəritələrə əsasən təyin etmək mümkündür. Bunun üçün, ilk növbədə, üfüqün cəhətlərini bilmək vacibdir. Qlobus və xəritələrdə yuxarı tərəf şimalı, aşağı - cənubu, sağ - şərqi, sol isə qərbi göstərir. Onların üzərində məntəqələrin dəqiq ünvanını eninə və uzununa çəkilmiş xətlərlə müəyyən etmək olar. Bu xətlər paralel və meridianlar adlanır.