Son əlavə olunanlar

Təbiət

Təbii piqmentlər

Piqmentlər yüksək dispersli boyayıcı maddələrdir, həlledicilərdə və plastifikatorlarda praktiki olaraq həll olunmur. Piqmentlər dekorativ və ya qoruyucu-dekorativ örtüklər yaratmağa qadirdir. Bütün hallarda piqmentlər kimyəvi cəhətdən təmiz maddələr deyil, texniki məhsullardır. Piqmentlərin xassələri təkcə onların kimyəvi tərkibindən deyil, həm də kristal modifikasiyasından, dispersliyindən və səthinin xüsusiyyətlərindən (məsələn, islatma) asılıdır. Bütün piqmentlər (həm üzvi, həm də qeyri-üzvi) kristal maddələrdir. Piqmentlərin ümumi qəbul edilmiş ciddi təsnifatı yoxdur.

Cənubi Afrika yay dovşanı (Pedetes capensis)

Cənubi Afrika yay dovşanı (Pedetes capensis) gəmiricilər dəstəsinə aid məməli heyvandır. Görünüş olaraq kenquruya bənzəyir. Bədənin uzunluğu 35-45 sm, quyruğu  48 sm-ə qədər, çəkisi 4 kq-a qədər olur. Arxa əzalar ön ayaqlardan daha böyük və uzundur. Ön ayaqları beşbarmaqlıdır, iti caynaqlı, qazmağa uyğunlaşdırılmışdır. Uzun quyruğu var, sıx tüklərlə örtülmüşdür. Qulaqları uzun (8 sm-ə qədər) və dardır.   

Dəniz çırağı balığı (Petromyzon marinus)

Petromyzon marinus- Dəniz çırağı kimi də tanınan və görənləri qorxudan təhlükəli dəniz canlısı Kanadanın Nyu-Brunsvik bölgəsində yaşayır. Mütəxəssislərin fikrincə, bölgə əhalisinin bu balıqlardan qoruna biləcəyi yeganə vaxt onların kürü tökmə dövrüdür.  

Sarcastic fringehead

Amerika qitəsinin qərbində, San-Fransiskodan (ABŞ) Aşağı Kaliforniyaya (Meksika) qədər olan ərazilərdə rast gəlinən bu maraqlı canlı, çox maraqlı bir quruluşa malikdir.  

Qara ağacdələn

Qara ağacdələn (lat. Dryocopus martius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin dryocopus cinsinə aiddir.  

Marmotlar

Marmotlar xarakterik olaraq qısa, lakin möhkəm ayaqları, qazmağa yaxşı kömək edən genişlənmiş pəncələri, iri başları və kəsici dişləri olan iri gəmiricilərdir. Bu ot yeyənlər yayda aktivdirlər, tez-tez qrup halında olurlar.