Son əlavə olunanlar

Təbiət

Qışlayan qatırquyruğu: metal cızabilən bitki

Avrasiya, Şimali Amerikanın gölməçə və bataqlıqlarında böyüyən «qışlayan qatırquyruğu» (Equisetum hyemale) qeyri-adi dərəcədə sərt və möhkəm gövdəli çoxillik bitkidir. Bambuka bənzər bu bitkinin hündürlüyü 70-80 sm-dir. Qını silindrik, gövdəyə sıxılmış və yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) yumurtavari və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişicikləri erkən tökülən, gövdəsi isə budaqlanmayandır.

Nadir kərtənələ - Xortumlu anol

Anolis proboscis - And dağlarının yamaclarını əhatə edən Ekvadorun tropik meşələrində yaşayan, nadir kərtənkələ növüdür. Filə bənzər uzun buruna sahib olmasına görə “Xortumlu anol” adı verilib. İngilis dilində Proboscis anolis “Pinokyo kərtənkələ” kimi tanınır.

Vrangel adası

"Ağ ayılar adası" kimi tanınan Vrangel adası Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən adadır. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılıb.

Koati

Koati (Nasua), Yenotlar və ya Xəzlər (lat. Procyonidae) dəstəsinə aid məməli heyvan növüdür. Yerlilər heyvanı “ağ burunlu” və ayıya bənzədiyinə görə “kiçik ayı” adlandırırlar. Əsasən Amerika, Meksika, Arizona, Kolumbiya və Ekvadorun vəhşi təbiətində yayılmışdır.

Komo gölü

Komo gölü (Lago di Como) İtaliyanın Lombardiya vilayətində, kiçik bir hissəsi isə İsveçrə ərazisində yerləşir. İtaliyanın ən böyük üçüncü gölü olan Komo “Y” şəklindədir. Sahəsi 146 kvadratmetr olan gölün sahilində Komo, Tavernola, Çernobbio, Torno, Moltrasio, Urio, Poqnana Lario, Arqeqno, Lezzono, Lenno, Tremezzo, Bellacio, Kadenabbia, Varenna, Menaccio, Bellano, Donqo, Koliko, Qravedonna, Domaso kimi kiçik qəsəbə və kəndlər yerləşir.

Ağ səhra

Ağ səhra - Misirin qərb hissəsində ən çox ziyarət edilən yerlərdən biridir. Böyük səhra Saxaranın şərqində, Bahariyə və Farafra vahələri arasındakı yolun üzərində yerləşir. Sahəsi təqribi 300 km²-dir (10 km x 30 km). Qahirə şəhərindən 500 km şərqdə yerləşir.