Son əlavə olunanlar

Təbiət

Vəhşi it - Dinqo

Dinqo dünyanın ən qədim itidir. Avstraliyaya endemik olmasa da, kiçik kontinentin ən qədim sakini sayılır, çünki it materikdə ən azı 4000 il əvvəl məskunlaşıb.

Rəng çalarları ilə gözoxşayan Alacəhrə quldiya

Alacəhrə quldiya (Chloebia gouldiae və ya Lady Gould's Finch) dünyanın ən rəngli quşlarından biridir. Vətəni Avstraliyadır.

Dəbilqəli Basilisk - İsa Məsih kərtənkələsi

Dəbilqəli Basilisk (Basiliscus plumifrons) və ya İsa Məsih kərtənkələsi - Mərkəzi və Cənubi Amerikada: Qvatemala, Nikaraqua, Kosta-Rika, Kolumbiya və Panamanın tropik meşələrində yaşayan ağac kərtənkələsidir. Olduqca böyük kərtənkələdir, xarici görünüşcə kiçik bir dinozavrı xatırladır. Əsasən çay sahilləri boyunca kolluqlarda yaşamağa üstünlük verir.

Məxmər qarışqa

Meksikanın şimal-şərqi və Şimali Amerikanın cənub-qərbində, quraq yarımsəhrada yerli bitkilərin meyvələrinə bənzər ağ və tüklü heyrətamiz həşərat - məxmər qarışqa “Dasymutilla gloriosa” yaşayır. Bu həşərata qarışqa deyilsə də əslində eşşəkarısıdır. Həşərat Kreozot kolu meyvəsinə bənzəyir, belə ki, dişi məxmər qarışqaların bədənləri təxminən 1 santimetrlik uzun ağ məxmər tüklərlə örtülüdür.

Qeyri-adi uzun qulaqlı keçi Pakistanın ulduzuna çevrilib

Qeyri-adi uzun qulaqları olan keçi balası Pakistanda media ulduzuna çevrilib. Belə ki, Simba adlı keçi balası qeyri-adi uzun qulaqlara sahib olduğuna görə dünya rekorduna imza atıb.

Pakistanın milli heyvanı - Marxur

Pakistanın simvollarından biri hesab olunan dağ keçisi-Marxura (lat. Capra falconeri)  - Himalay dağlarının qərb hissəsində, əsasən Pakistanın Şimal bölgələrində rast gəlinir.