Atalar sözləri

Çulunu sudan çıxarmaq

ÇULUNU SUDAN ÇIXARMAQ

 

Hər hansı işin öhdəsindən birtəhər gəlmək, işin içindən çətinliklə çıxmaq, güc-bəla ilə dolanmaq.

 

İfadə «gül» sözünün yanlış olaraq «çul» şəklində işlənməsindən qaynaqlanır.

 

Dilimizdə bu ifadənin «kökünü sudan çıxarmaq», «şələsini (kürkünü, dərisini) sudan çıxarmaq», «keçəsini sudan çıxarmaq», «kilimini sudan çıxarmaq» variantları da var. Belə çoxvariantlılığa baxmayaraq, əslində, ifadənin mayasında «gül» sözü dayanır. «Gülün suya verilməsi» («gönü suya vermək», «qışı yaş olmaq») evfemistik şəkildə işlərin korlanması, vəziyyətin ağırlaşması deməkdir. «Gül» sözü dəyişməyə məruz qalaraq «çul» şəklini almış, daha sonra isə «çul»a sinonim kimi «kürk», «şələ», «keçə» və s. əşyalar dövriyyəyə girmişdir.

 

Hazırda dilimizdə bu ifadənin «sudan quru çıxmaq» və ya sadəcə «sudan çıxmaq» variantları da işlənir.