Sivəng məbədi
Sivəng İrəvan xanlığının Göyçə mahalında, Göyçə gölünün şimal-qərb sahilindəki Keşiş təpəsi adlanan yarımadada qədim alban türk məbədidir.
Hələ e.ə. 782-ci ildə Urartu çarı I Argiştinin Cənubi Qafqaza yürüşü ilə bağlı mənbələrdə Sivəng qalasından və məbədindən bəhs olunur.
IV yüzildə Maarifçi Qriqori qədim bütpərəstlik məbədinin yerində yenisini tikdirmiş, sonra o dağılmış və 874-cü ildə onun yerində Siyuni hakimi Vasakın arvadı Qabur tərəfindən təzə məbəd ucaldılmışdır. Məbəd 1664-cü ildə Xoca Sultan və Zal adlı şəxslər tərəfindən bərpa edilib. Məbəd sonuncu dəfə 1740-cı ildə “bərpa edilmiş“ və bir qədər sonra katolikosun bura gəlişi ilə bağlı “hər cür səliqəsizliyin izlərini“ silmək adı ilə məbəddəki vaxtilə Mesrop Maştosun işlədiyi və əlyazmalarının qorunduğu nəhəng kitabxana məhv edilmiş, nadir kitab və əlyazmalar gölə tökülmüşdür. Məbədin erməniləşdirilməsi də həmin dövrə təsadüf edir.
1930-cu ildə kilsə öz fəaliyyətini tamamilə dayandırıb.
Hazırda kilsədə dini seminariya fəaliyyət göstərir.
Göyçə gölünün adı ermənilər tərəfindən dəyişdirilərək Sevan qoyulduğu kimi, türk sözü olan Sivəng (müqayisə et: Sisakan) məbədinin adı da Sevanavank şəklində erməniləşdirilib.
21.10.2026