İlyas Tapdıq. Günsük
Gün altda qatıq
Yeyirdi Gülsüm,
Dayanıb şeir
Deyirdi Gülsüm.
Nәnәsi dedi:
—Gәl evә, Gülsüm,
Qorxuram,sәnә
Uşaqlar gülsün.
Qatığın gündәn
Günsük olubdu.
Tamı korlanıb—
Tozla dolubdu.
Çörәk yeyәndә
Şeir demәzlәr.
Şeir deyәndә
Çörәk yemәzlәr.