Şeirlər

Coşqun Xəliloğlu. Mancanaq dəzgahları

Zəhmət, əmək nəğməsi,
Ahəstə gəlir səsi,
Salamlayır hər kəsi –
Mancanaq dəzgahları.
 
Bax gör bir necə sıxdır,
Bakıya yaraşıqdır,
Aydınlıqdır, işıqdır,
Mancanaq dəzgahları.
 
 
Lap heyran qalıb adam,
İşləyir yorulmadan,
Dayanmayır bircə an
Mancanaq dəzgahları.
 
 
Göstərərək dəyanət,
Çıxarır halal nemət,
İstər məhv olsun zülmət.
Mancanaq dəzgahları.
 
 
Gah qalxır, gah da enir,
Xoş xatirəyə dönür,
Ürək kimi döyünür
 Mancanaq dəzgahları.