Nağıllar, hekayələr

Salam Qədirzadə. 46 bənövşə (2-ci hissə)

ÖLƏN ƏSGƏRİN SİLAHI 

Fişəng atıldı, göylər odlu çiçəklər açdı. Top güllələrindən uçurulmuş evlər, dağıdılmış hasarlar, yanıb qurumuş ağaclar bir anlığa ap-aydın göründü, sonra yenə gecənin qaranlığına qərq oldu. Elə bu vaxt qarşı dərədəki düşmən cəbhəsindən vıyıltı ilə dalbadal gələn bir neçə mərmi xarabalığın yanında partladı. Torpaq titrədi. Qulam özünü yaxındakı xəndəyə atıb, uzandı.  Ətrafı qulaqbatırıcı dəhşətli gurultu bürüdü. Yerdən sanki qurğuşun qarışıq od püskürdü. Dnepr bu səsin əks-sədasını verdi. Qəlpə və daş qırıntıları göydən dolu kimi yağdı  budaqları qırdı tökdü, divarları dəldi.  Hava kəsif barıt qoxusu ilə doldu. Azacıq sonra yenə hər yanda bayaqkı ölüm sükutu, məzar qaranlığı hakim kəsildi.
Qulam xəndəkdən qalxıb üstünü çırpdı, papağını çıxarıb dizinə vuraraq toztorpağını təmizlədi və heç bir şey olmamış kimi avtomatını sinəsinə sıxdı, xarabalığın uçuqları arasında gəzinməyə başladı.
Qulamın belə vəziyyətlərə düşdüyü ilk dəfə deyildi. O, hələ Şimali Qafqaz dağlarından tutmuş, hazırda müdafiə xəttində dayandıqları Dnepr sahillərinədək gündə neçə yol həyata əlvida söyləməli olmuşdu.  Maykop, Rostov, Krasnodar vuruşmalarında nələr görməmişdi!  İndi Dnepri əldən verməməyə can atan almanlar, gecəgündüz onların üstünə odalov yağdırırdı.
Müharibənin ilk çağları Qulama nə qədər çətin də gəlsə, artıq o, bu əziyyətlərə alışmışdı. Bir də, axı soyuq qış gecələrini rutubət səngərlərdə yuxusuz keçirən, annabacı nəvazişinə həsrət qalan, telefon xətti çəkərkən dönədönə ölümlə əlbəyaxa olan təkcə Qulam deyildi. Bu vuruşmaya hamı, dostaşna, eloba, kənd, şəhər  bütün ölkə qoşulmuşdu. Belə bir imtahanda acizlik göstərmək, dəstədən geri qalmaq mümkün deyildi. Lazım gələrsə, Qulam öz döyüşçü dostları ilə birgə odun, alovun içinə atılacaq, topun, güllənin qabağına sinə gərəcək, ölümə gedəcəkdi!  O, buna and içmişdi!
Orduya gələn ay, indi çiynindən asdığı avtomatı ona təqdim edərkən hissə komandirinin qətiyyətlə dediyi sözlər hələ də qulaqlarında səslənirdi   «Döyüşçü Bədirzadə!  Unutma ki, bu, düşmənlə vuruşda fədakarcasına həlak olmuş, xalqın namuslu oğlu, Sovet İttifaqı Qəhrəmanı Viktor Borisoviç Sokolovun avtomatıdır! Ölən əsgərin yarımçıq qalmış müqəddəs arzularını başa çatdırmaq sənin öhdənə düşür. Bu arzular isə, məncə, tamamilə aydındır…»
«Aydındır, yoldaş qvardiya polkovniki!..»
Sonra Qulam bir qırağa çəkilərək avtomatı diqqətlə nəzərdən keçirmiş, yoxlamış və silib təmizləmişdi. O vaxtdan göz bəbəyi kimi qoruduğu bu şərəfli silah döyüş meydanlarında həmişə sədaqətli bir dost təkin Qulamın köməyinə çatmış, onu darda, çətində qoymamışdı.
Sonralar Qulam hər şeyi yoldaşlarından soruşub öyrənmişdi. Hətta onun  Viktorun kiçicik bir fotoşəklini də tapıb komsomol kitabçasının arasında əzizləmişdi…
Eh!..  Viktor Sokolov nə qədər cəsur, gözəl oğlan imiş!...  Ona danışmışdılar ki, Viktor Sokolov rostovlu idi.   Sənət məkatəbində çilingərlik öyrənib tərsanədə işləmişdi.  Müharibənin ilk günlərində orduya könüllü gələrək kəşfiyyatçı olmuşdu. Gödək boylu, enlikürək, şumay bir oğlandı.  Sarı saçları həmişə furaşkasının altından çıxıb alnına tökülər, sol qaşının üstündə qıvrılardı.  İti baxışlı qonur gözləri bir an sakit dayanmazdı. Viktor danışanda teztez əlini başına aparar, furaşkasını gah qabağa, gah da peysərinə sürüşdürərdi. O, hər dəfə kəşfiyyata gedəndə təzə bir sirlə qayıdar, mütləq «dil» gətirərdi. Lakin sonuncu kərə düşmən əhatəsində qalmış Viktor təslim olmamaq üçün axırıncı qumbaranı cibində sıxmışdı. Partlayan bombanın qəlpələri kimi bütün vücudu parçalanaraq ətrafa sıçramış, bir göz qırpımında yoxa çıxmışdı.  Neçə gün sonra onun silahını düşmən arxasında olan başqa bir sovet kəşfiyyatçısı ələ keçirib, Viktorun komandirinə təhvil vermişdi… 
İndi Qulam ondan yeganə yadigar qalan bu avtomatı sinəsinə sıxanda, sanki ölən əsgərin ürək döyüntülərini duydu, ölən əsgərin pıçıltılarını eşitdi  «Döyüşçü qardaşım, qanımı yerdə qoyma! Mən nakam getdim.  İntizar anamın, vəfalı sevgilimin gözü yollarda qaldı.  Düşməndən mənim bu silahımla birəbeş intiqam al! Vətənin sədaqətini tezliklə özünə qaytar! Bunu səndən, hələ həyatdan doymamış ağsaqqal qocalar, qarılar tələb edir  sevibsevilmək eşqi ilə qəlbi çırpınan qızlar, oğlanlar tələb edir südəmər məsum körpələr, güllər, çiçəklər tələb edir!..  Bizim uca dağlar, sərin dərələr, yaşıl yamaclar, sıx meşələr, duru göllər, qaynar bulaqlar tələb edir  Vətənin səadətini tezliklə özünə qaytar!..»
Qulam avtomatın buz kimi soyuq lüləsini yuxarı qaldırıb, dodaqlarına yapışdırdı, öpdü.  «Arxayın ol, qardaşım,  deyə qaranlıq gecənin sakitliyində astadan pıçıldadı.  Bu müqəddəs silaha and içirəm!  And içirəm, son damcı qanım qalanadək vuruşacağam!  Sənin arzuların, istəklərin naminə vicdanla, namusla, mərdliklə vuruşacağam!..»
Arxadan gələn hənirti Qulamı diksindirdi.
Dayan!  Kimsən!  deyə o, geri dönüb əcld hərəkətlə qabağa atıldı.  Cavab verən olmadı. Ətraf, xarabalığın daşları tək susdu.
Qulam avtomatı ayağa çəkib hazır tutdu. Yarım əyilmiş halda yanyörəsini diqqətlə nəzərdən keçirdi.  O, yanılmamışdı, hənirti bir daha təkrar olundu.  O, yanılmamışdı, hənirti bir daha təkrar olundu.  Bu dəfə Qulam ucadan, lap ucadan çığırdı
Dayan!  Kimsən deyirəm! Yaxına gəlsən atacağam!
Haçandanhaçana qaranlıqdan zəif bir səs eşidildi.
Mən özgə deyiləm…  Sizinkilərdənəm…
Qulam naməlum adamın hansı səmtdə olduğunu təxmin etcək, hər ehtimala qarşı yaxındakı ağacın dalına keçib, silahı qabağa tuşladı.
Parol!
Qətiyyətlə soruşulan bu nidalı sual cavabsız qaldı. Artıq gözləmək təhlükəyə körpü sala bilərdi.  Qulam tətiyi sıxdı, göyə bir güllə buraxdı. Sanki yaydan çıxan alovlu ox vıyıltı ilə qaranlığa şığıdı.
Xahiş edirəm, atmayın!..  deyə bayaqkı zəif, xəstə nida bir daha eşidildi.  Qərargaha xəbər verin ki, Sarışın gəlib. Onlar məni bu adla tanıyırlar.
Güllə səsinə gecənin növbətçisi  qərarcahyanı batareyanın komandiri leytenant Zaxarçenko özünü yetirdi.  Naməlum adam əmrə itaətkarlıqla qulaq asaraq əllərini yuxarı qaldırıb, yorğun addımlarla səndirləyəsəndirləyə irəli gəldi.  Nəfəsi təngimiş halda nə isə demək istədi, dili söz tutmadı.  Leytenantın icazəsi ilə əllərini aşağı saldı.  Bu geniş üfüqlər altında hava ona azlıq edirmiş kimi, sırıqlısı altdan köynəyinin yaxasını açıb, sinə dolusu nəfəs aldı.
Növbətçi əlindəki fənərin işığında onu təpədəndırnağa şübhəli nəzərlərlə süzdü.  Bu, on altıon yeddi yaşlarında, bəstə boylu, silahsız bir şəxs idi.  Toz-torpağa bulaşmış sifətindən həyəcanlı olduğunu bilmək çətin deyildi.   Nimdaş, boz kepkasının altından çıxmış sarı saçları tərli alnına yapışmışdı. Yanları qırmızı şəridli qara şalvarını səliqəsiz halda uzunboğaz alman çəkmələrinin içinə salmışdı. Onun narahatlıqla tövşüməsi, pgrtüb tərləməsi və üstbaşının palçığa batması kimdənsə, hansı çətin vəziyyətdənsə yaxa qurtarıb qaçdığını göstərirdi.
Gecənin bu vaxtında buralarda nə gəzirsən!  Kimi istəyirsən!  deyə  Zaxarçenko bir də onun sifətini işıqlandırıb səsini qaldıraraq, yarı rus, yarı alman qiyafəsində olan tanımadığı bu qəribə adama kobud tərzdə həmlə gəldi.  Yoxsa əcəl səni girləyib! 
Qulam da özünü saxlaya bilmədi, batareya komandirinin sözünə qüvvət verdi
Elə onu deyin, yoldaş leytenant! Az qala ikinci gülləni üstünə sıxmışdım.
Naməlum adam kepkasının günlüyü altdan məzəmmətedici nəzərlərini Qulama dikdi.  Onun geniş alnını, enli çatma qaşlarını, iri, qara gözlərini süzdü.  Sonra heç nədən çəkinmədən, bir növ ərköyünlüklə dilləndi
Gülləni dosta yox, düşmənə atarlar!
Qulam tutulsa da, özünü sındırmaq istəmədi.
Çox təəssüf  ki, hələlik sizin dostmu, düşmənmi olduğunuzu bilmirik!  dedi.  Mən hərbi postda dayanmışam.  Burada heç bir güzəştə yol verilməməlidir!
Naməlum adam dinmədi, gözlərini Qulamdan ayırmadan xeyli vaxt baxdı.  Ancaq bu dəfə həqarətlə, kinlə yox, bəlkə də mehribanlıqla, məhəbbətlə baxdı.
Üzr istəyirəm,  dedi və xəfifcə gülümsədi.  Sonra leytenanta tərəf dönərək ciddiyyətlə əlavə etdi  Mən hazırda almanların əlində olan Semxatka kəndindən gəlmişəm.  Sizin diviziya komandiri qvardiya polkovniki  Səlimxanov yoldaşa deyiləsi vacib sözüm var.  Xahiş edirəm ona təcili xəbər verin.  Adımı «Sarışın» söyləsəniz, tanıyar…
Sarışın!  Zaxarçenko təəccübləndi və mənalımənalı başını tərpətdi.  «Mən bu təxəllüsü eşitməmişəm»  deyə fənərini üçüncü kərə yandırıb söndürərək, onun sifətinə ani nəzər saldı. Bayaq açdığı qoburunu düymələyib, hər iki tərəfdən köynəyinin ətəyini aşağı dartdı, barmaqlarını enli kəmərinin altına keçirib, əllərini toqqadan yanlara çəkərək, qırçınlarını hamarladı.
Hm… Gözləyin, bu dəqiqə gəlirəm!  dedi və iri addımlarla uzaqlaşdı.
Zaxarçenko gedəndən sonra bir müddət nə Qulam, nə də adını Sarışın söyləyən şəxs danışmadı. Qoşa heykəl təkin üzüzə dayanıb susdular.
Çox qəribə adınız var!  deyə haçandanhaçana Qulam dilləndi və azacıq ara verib əlavə etdi  Bir də, elə əslinə baxsan, sizin bu sifətinizə Sarışın adı çox yaxşı yaraşır.
Naməlum şəxs başını tərpədib güldü.
Demək burada təəccüb ediləsi heç nə yoxdur, hər şey öz qaydasındadır.
Qulam bu eyhamlı sözlərin mənasını başa düşmədi.
Bağışlayın, siz azərbaycanlısınız  deyə Sarışın soruşdu.
Bəli, lap xalisindən!  Necə?
Mən onları çox sevirəm.
Yəqin ki, qaragöz, qəşəng qızlarını!
Xeyr. Sizin kimi igid oğlanlarını.
Qulam özü haqqında deyilən bu sözü kinayə sandı.
İgid olduğumu birinci dəfə sizdən eşidirəm!  O, bir an ara verib xəbər aldı  Yaxşı, mənim azərbaycanlı olduğumu nədən bildiniz?
Sarışın bir addım irəli gəldi.
Xətrinizə dəyməzsə, düzünü deyərəm.
Buyurun! Məni o qədər də dəymədüşər sanmayın.  
Mən sizin qafqazlı olduğunuzu ləhcənizdən ayırd elədim.
Sarışın bu sözləri deyib təpədəndırnağadək diqqətlə onu süzdü, sonra asta, titrrək bir səslə sual etdi
Bağışlayın, adınız nədir?
Qulam diksinən kimi oldu.
Bu çox vacibdirmi?…

Döyüşçü Bədirzadə!
Mən adınızı xəbər aldım.
Adım Qulamdır!
Sarışın pıçıltı ilə təkrar etdi.
«Qulam!»  Yadımdan çıxmaz!
Naməlum adamın bu sorğusualı döyüşçü oğlanın qəlbini yumşaldan kimi oldu.  Bayaqdan atəşə hazır vəziyyətdə tutduğu avtomatın lüləsini yavaşyavaş aşağı endirdi.   Lakin hər ehtimala qarşı onu ayaqdan salmadı.
İndi ikisi də sükuta qulaq kəsilmişdi.  Sarışın üstbaşını təmizləyərək özünü səliqəyə salır, Qulam isə onun hərəkətlərini gözaltı izləyərək düşünürdü  «Yaxşı ki, vurmadım. Yoxsa, deyəsən, sonradan peşmançılıq çəkəcəkdim…»
Leytenant Zaxarçenko xarabalığın həndəvərində olan zirzəmiyə gəldi. Top gülləsinin gilizindən qayrılmış neft çırağının şöləsi buranı azacıq işıqlandırırdı.  Küncdə, torpaq döşəməyə sərilmiş saman üstə bir nəfər şinelinə bürünərək fısıltı ilə yatırdı.  Bu qalın bığlı, kürən oğlanın qafqazlı olduğunu yarımqaranlıq zirzəmidə belə təyin etmək çətin deyildi.  Çırağın yanında oturmuş ikinci nəfər isə telefon dəstəyini qulağına tutaraq, tüstüdən sol gözünü qıymış halda qəzet kağızında maxorka çəkirdi.
Anarbayev!  Təcili olaraq məni polkovnik Səlimxanovla cala!  deyə leytenant telefonçu özbəyə əmr etdi və sonra da əyilərək onun tütün qutusunun qırağına söykətdiyi eşməni götürüb, çəkməyə başladı.
Alo!.. «Qartal!..»  Danışan «Şimşək»dir.  Tez qvardiya polkovnikini çağırın!..
Leytenant hadisə haqqında diviziya komandirinə üstüörtülü məlumat verdi və telefonda nə göstəriş aldısa, «oldu!»  deyə dəstəyi özbəyə qaytardı.
Serjant Meladze çoxdanmı yatıb.
Telefonçu şikayətli bir tərzdə, ikibaşlı cavab verdi
Yoldaş leytenant, az yatıb, ancaq yaxşı yatıb.
Zaxarçenko yaxınlaşıb serjantı oyatdı.  Gürcü oğlan ayağa qalxanda elə bil bir az da yekəldi.  O, tələsik özünü səliqəyə saldıqdan sonra avtomatını çiyninə aşırıb, Zaxarçenkonun qarşısında farağat dayandı.
Eşidirəm, yoldaş leytenant!
Arxamca!
Zaxarçenko eşməni yerə atıb, bir sıçrayışla zirzəmidən çıxdı.  Meladze də onun dalınca getmək istərkən nə isə fikirləşib geri döndü, icazəsiz özbəyin qabağındakı qutunu götürüb, maxorkanın yarısını ovcuna boşaltdı və «genesvale!»  deyərək getdi.  Özbək, bir yerdə tüstülənən eşmə kötüyünə, bir də qarşısındakı ağzı açıq qutuya baxıb narazılıqla başını tərpətdi.
Biabırçılıqdır!
Kəşfiyyatçı serjant Meladze gəlib, adını Sarışın söyləyən naməlum adama yaxınlaşcaq dedi.
Buyur, qatso, qərargaha mənimlə gedəcəksən!  O, dönüb sualedici nəzərlərlə Qulama baxaraq, göz vurdu. Sanki bu hərəkəti ilə dostundan həmin şəxsin kim olduğunu soruşmaq istədi.  Bədirzadə isə cavabında köksünü ötürüb danışmadı.
Salamat qalın!  deyə Sarışın bir daha Qulama baxaraq gülümsədi  Sağlıq olsa, biz yenə görüşərik!
Onlar uzaqlaşıb qaranlıqda gözdən itdilər. Qulam bu müəmmalı hadisədən heç bir şey anlamadı. Silahını köksünə sıxıb, hərəkətsiz dayandı.  «Sağlıq olsa, biz yenə görüşərik…» sözləri qeyriiradi olaraq beynindən axıb keçdi.

 

XARABALIĞIN DAŞLARI ARASINDA


Bir azdan sübhün gözü açılacaqdı.  Üfüqlərin qaranlığı qurğuşun kimi əriyirdi.
Adətən ön atəş xəttində bu vədələr sakitlik olur. Vuruşmadan yorğun düşən tərəflər atışmaya ara verib dincəlir. Hərdən eşidilən güllə səsləri də yatmadığını bildirən əsgərlərin tüfəngindən qopur.
İndi də Dnepr sahilində sanki müharibəsiz bir səhər açılırdı. Düşmən məskən saldığı Semixatka kəndini tərk etmiş kimi o tərəfdən nə fişəng işığı görünür, nə də top gurultusu gəlirdi.  Qırıcı təyyarələr də uçmağa ara vermişdi.  Son iki ildə qulağı həmişə atışmaya öyrənmiş Qulamı bu sakitlik yuxudan ayıltdı.  O, boylanıb ətrafına göz gəzdirdi.  Sonra saatına baxdı.  Keşikdən qayıdıb xarabalığın daşları arasında, döyüşçü yoldaşlarının yanında uzanmış Qulam cəmisi on beş dəqiqə yatmışdı.  Ancaq hava yama ayazımışdı.  O, ayağa qalxdı, yumruqlarını qabağa ataraq, sinəsinə yığdı.  Elə bil qurumuş kürəkləri isinib yumşaldı.  Qulam zirzəmiyə yaxınlaşaraq, qapıdan başını içəri saldı.
Sandro gəlibmi  deyə telefonçudan serjantı xəbər aldı.
Xeyr!  Anarbayev cavab verdi.  Nə dostun Sandro gəlib, nə də çəkməyə tütünüm var!
Qulam zirzəmidən uzaqlaşdı. Ətraf azacıq işıqlanmışdı.  Göz, ağıqaradan seçirdi.  Daha yatmağın mənası yox idi. Bir azdan hissədə yenə qaynaşma başlayacaqdı. Qulam keçib iri bir daşın üstündə əyləşdi. Tütün kisəsini çıxarıb yerə qoydu.  Döş cibində saxladığı köhnə qəzetdən cırıb, ovcunda əzdi, arasına tütün qoyaraq səliqə ilə bükdü.  Gilizdən qayrılmış alışqanını çaqqıldadıb eşməsini yandırdı.  Özünü Sarışın adlandıran o naməlum adamın sifəti xatirində canlandı.  Onun haradan, nə üçün, hansı xəbərlə gəldiyi Qulamı çox maraqlandırırdı.  Sarışın düşmən əhatəsindən qaçmış bir rus əsirimi, yaxud almanlar arasında olan, bizə xeyirxahlıq göstərməyə çalışan əsil sovet  vətəndaşı idimi  Bu düşüncələr onu rahat buraxmırdı.   Pörtmüş, sirsifəti toztorpağa, çəkmələri dizədək palçığa bulaşmış o şəxsin əllərini yuxarı qaldıraraq əzgin halda səndirləyəsəndirləyə irəliləməsi indi də Qulamın gözlərindən çəkilmirdi.  Sarışını qovmuşdularmı, döymüşdülərmi, o kiminləsə əlbəyaxamı olmuşdumu  bunları Qulam birbir özlüyündə götürqoy eləyir, bütün sualları cavabsız qalırdı.  «Yox, o, yəqin ki, yad adam deyildi, təxəllüsünü söyləyən kimi leytenant onu tanıdı, tapançasının qoburunu düymələdi… Hələ üstəlik Sarışın mənə də çox qəribə nəzərlərlə baxdı, adamı soruşdu.  «Gülləni dosta yox, düşmənə atarlar»  dedi.
Qulam hey fikirləşir, bu naməlum adamın kim olduğunu dərk edə bilmirdi.  Yenə  Zaxarçenkoya  yaxınlaşmaq  mümkün olsa idi, ondan bu sirri bir təhər soruşub öyrənərdi.  Ancaq son günlər leytenantın zəhmli sifətini öz oğlu da görsə, yaxınlaşmağa ürək eləməzdi.
Yaxşı ki, Sarışını qərargaha Sandro aparmışdı.  Qayıdandan sonra çox güman ki, hər şeyi ona danışacaqdı.  Lakin nə üçünsə serjant Meladze hələ də gəlib çıxmamışdı.  Gecə saat üçdə qərargaha göndərilən Sandro indiyə kimi yubanırdı.
Qulam ayağa qalxıb azacıq gəzindikdən sonra yarı uçulmuş divara söykəndi və uzaqlara baxdı.
Dan sökülürdü.
Cəbhə xəttindən üçdörd kilometr arxada, sol tərəfdə olan Qızılkilsəli kəndi toranlıqda güclə sezilirdi. Ətrafda, xüsusilə Qulamın həndəvərində ürəksıxıcı bir mənzərə vardı.  Burada hər şey boz rəngdə idi.  Yer də, göy də, xarabalığın daşdivarı da, hətta şinellərinə bürünüb yatmış əsgərlər də boz görünürdü.
Hissənin məskən saldığı bu həyətbaca uçulub dağılaraq  yerlə yeksan edilsə də, vaxtilə harada nə olduğunu bilmək çətin deyildi.   Qarşıda tövlə yerləşmişdi.  Daşkəsəyin arasına peyin, saman səpələnmişdi.  Ortada qoyulmuş iri axur hələ də öz yerində dururdu.  İçərisinə toplanmış sarı yağış suyu şaxtadan donub buz bağlamışdı. Qulamın söykəndiyi divarın ətrafı iki göz otaqdan və bir mətbəxdən ibarət mənzilin yeri idi.  Həyətin taxta hasarı dibində partlamış bomba, yəqin ki, bir göz qırpımında hər şeyi  içərisində yaşayan insanlar qarışıq evi, malqara ilə birlikdə tövləni, quyunun yanında əkilmiş iri gövdəli palıdı və hətta, kim bilir, bəlkə də bu anda həmin ağaca qonmuş quşcuğazları belə göyə sovurmuşdu!  Şaxtalıçovğunlu qış axşamlarında ev sahibəsinin ailə üçün isti xörəklər hazırladdığı sobanın külü hələ də öz yerində idi. Bacanın kərpicləri parçaparça olub evin dalındakı yolun ortasına tökülmüşdü.  Burada, həyətdəki su quyusundan və telefonçular yerləşən zirzəmidən başqa heç nə salamat qalmamışdı. Qulam hər yana baxdıqca ürəyinin başı ağrıyır, beynindən alov çıxırdı.
Birdən o, qabaqda, toztorpaq içində nəyinsə qızardığını gördü, irəli getdi, əyilib götürdü. Bu qırmızı rəngli köhnə çəkmə idi.  Uşaq çəkməsi!  Atalıq hissinin nə olduğunu hələ Qulam bilməsə də, ürəyi yerindən oynadı.  Gözlərini yumub ona baxa bilmədi.  Qulam kirpiklərini qaldıranda hər şeyi dumanlı gördü. Sırıqlısının qolları ilə islanmış yanaqlarını silib, ürək dolusu ah çəkdi, sonra bir də əlindəki çəkmə tayına baxdı. Körpənin ayaqqabısı daşakəsəyə dəydiyindən, sürtülüb ağarmış, dabanları getmişdi.  İki yerdən qırılıb düyünlənmiş bağları hələ də üstündə idi.  «Qırmızıdır, yəqin qız uşağınındır,  deyə Qulam pıçıldadı.  Eh!.. Sənin də kiçik yaşında görəcək günlərin varmış, yazıq qızcığaz!  Heç olmasa bu çəkmədən savayı ikincisini də geyib gəzə bildinmi Yoxsa bu həm birincisi, həm də sonuncusu oldu»
Qulam özözünə çox danışdı.  Lakin nə onun qəlbinin ağrılarını duyan, nə də pıçıltılarını eşidən oldu bu xarabalıqda!  Əlindəki çəkmə tayını ehmalca divarın daşları arasına qoydu. «Bir zaman bu evin də bacasından tüstü çıxmış, həyətindən uşaq səsi eşidilmişdir.  İndi gövdəsindən sınaraq böyrü üstə yıxılmış bu palıd, vaxtı ilə quyunun üzərinə kölgə salmış, onun suyunu sərinləşdirmişdir. Ağaca qonan quşlar yaxında heç kimin olmadığını görəndə tövlənin qabağına enib peyini, samanlığı eşələyərək özlərinə dən axtarmışlar.   Bəli!  İnsan yaşayan bütün isti ocaqlardakı kimi, burada da illərlə həyat öz qaydası ilə dövran etmişdir…  Lakin bir gün nagahani atəşin qəfil bombası bu həyətdə partlamış, hər şeyi yandırıbyaxmış, söküb dağıtmış, qırıb məhv etmiş və o gözəl, isti insan xanimanının yerində indiki soyuq, boş xarabalığı yaratmışdır…» Qulam bu düşüncələrdə ikən leytenant Zaxarçenkonun əmrini eşitdi
Batareya, qaalx!..
Yatan əsgərlərin üstünə sanki soyuq su çiləndi, bir ləhzədə hamı hərəkətə gəldi.
Onca dəqiqə sonra, diviziya komandirinin əmri ilə uçuq kəndin daşları arasındakı xəndəklərdə olan telefonçular rabitə xətlərini yığışdırdılar. Bir qədər arxada məskən salmış alay, toplarını maşınlara qoşdu.  Hissə buranı tərk edib Qızılkilsəli kəndinə və onun iki kilometrliyindəki şam meşəsinə çəkildi.
Çox keçməmiş düşmənin ardıarası kəsilməyən yaylım atəşindən xarabalığın daşıtorpağı göyə sovruldu.  Azacıq sonra, alman topları yenicə susmuşdu ki, Sovet hissəsinin sağ və sol cinahlarından uğuldayan katyuşaların güllələri Semixatkanın o başında kəndi lərzəyə gətirən bir gurultu qopartdı.  Qulam, səbəbini özü də bilmədən, bu dəhşətli səhnəni görəndə yenə Sarışını xatırladı.  «Gülləni dosta yox, dışmənə atarlar» sözləri bir daha yadına düşdü.

 

QƏRARGAHDAN ƏMR GƏLDİ…


Leytenantın tapşırığına görə, Meladze Sarışını qərargaha apararkən sərbəst buraxmalı idi.  Zaxarçenko bu barədə serjanta ancaq ikicə kəlmə söz demişdi  «Bizim adamdır!»
Yola düzəldikdən sonra Sarışın da öz marağını gizlədə bilmədi
Siz o keşikdə duran oğlana yaxınsınızmı  deyə soruşdu.
Necə bəyəm?
Heç, elə-belə.
Qulam mənim canım-ciyərimdir. Bir tikə çörəyi onsuz yemərəm!
Kəşfiyyatçıdır.
Xeyr. Kəşfiyyatçı mənəm, o, telefonçudur.
Sarışın fikirlifikirli bir qədər addımladı.
Hissəyə qayıdanbaş ona deyərsiniz ki…
O, sözünü yarıda kəsib susdu.
Sandro dönüb Sarışına baxdı.
Ona nə deyim?
Heç! Elə salam söyləyərsiniz. Qulamın sifəti Sarışının xəyalından çəkilmirdi. Ürəyində yenə onunla bayaqkı söhbəti davam etdirir, oğlanın şirin ləhcə ilə dediyi sözləri də eşidirmiş kimi olurdu.   Bu arada Sarışının ayağı nəyə isə ilişdiyindən, qəfildən büdrədi.  Sandro tez onun qolundan yapışdı.
Yavaş!  Əzildinmi?
Xeyr.
Fikrin özündə olsun.
Onlar qərargaha çatanda gecə saat üçə az qalırdı.  Polkovnik Səlimxanov kitelini çiyninə salıb, trubkasını sümürəsümürə həyəcanlı halda otaqda gəzinirdi. Bayaq telefonda Zaxarçenkodan eşitdiyi xəbər onun yuxusunu qaçırmışdı.  «Heç şübhəsiz ki, Sarışının bu vaxtsız gəlişi mənasız deyil.  Bəlkə düşmən onun kim olduğundan duyuq düşmüşdür  deyə diviziya komandiri təklikdə ölçübbiçirdi.  Yox… Buna inanmıram!  Sarışın özünü ələ verməz, o çox ağıllı, zirək uşaqdır.  Əgər ondan şübhələnsəydilər, üstündə min göz qoyardılar, bu tərəfə heç cür keçə bilməzdi.  Ancaq hər halda…»
Polkovnik dəhliz qapısının döyüldüyünü eşitcək geri döndü.
Bəli!  O, astanaya tərəf bir addım irəliləyib dayandı. Kimdir?
Gözətçi içəri gircək məlumat verdi.
Yoldaş qvardiya polkovniki!   Serjant Meladze ilə tanımadığım yad bir adam sizin…
Polkovnik Səlimxanov onu sona qədər danışmağa qoymadı.
O tanımadığın yad adamı burax gəlsin, serjant Meladze bayırda əmrimi gözləsin!
Oldu!  Gözətçi dabanı üstə fırlanıb çıxdı, onun ardınca Sarışın hövlnak içəri atıldı.
Salam, yoldaş qvardiya polkovniki!
Salam!.. Salam!..   deyə Səlimxanov trubkasını ağzından alıb, iri addımlarla yaxınlaşaraq onun əlini bərkbərk sıxdı. Bizim qəhrəman Sarışın qızın kefi necədir
Yaxşıyam, sizə cansağlığı arzu edirəm, yoldaş qvardiya polkovniki!  İcazə verin nə üçün gəldiyimi deyim.  Mən tezliklə geri qayıtmalıyam.
Polkovnik ona yer göstərdi. Stolun arxasında üzüzə əyləşdilər.
Buyur, dinləyirəm səni.
Sarışının sifəti ciddiləşdi. Biriki dəfə udqunduqdan sonra sözə başladı.
Dünən gecə Semixatkaya iki yüzdən artıq ağır top gətirilmişdir. Hamısı kənd qırağındakı dəyirmanın o tayında əmrə hazır dayanmışdır.
Təxminən dəyirmandan nə qədər o yanda  deyə polkovnik soruşdu.
Təxminən…  Sarışın tavana baxıb gözlərini döydü.  Təxminən… İyirmi beşotuz addım, çox olmaz.
Yaxşı, sonra…
Sonra, yoldaş polkovnik… Bağışlayın, üzr istəyirəm… Yoldaş qvardiya polkovniki, alman generalının yavəri kapitan Xenfeldin mənə verdiyi məlumata görə, bu səhər saat yeddidə xarabalığı və onun ətrafını güclü atəşə tutmalıdırlar.   Deyilənə görə bu atəş iyirmi dəqiqə davam edəcəkdir.
Sarışın susdu.
Səlimxanov sönmüş trubkasını alışdırıb biriki qullab vurduqdan sonra özözünə danışırmış kimi astadan pıçıldadı
Saat yeddidə, iyirmi dəqiqəlik atəş…  O qəfildən başını qaldırıb üzünü Sarışına tutdu.  Çox gözəl!  Öz borcunu yerinə yetirdiyinə görə sənə təşəkkür edirəm!
Sarışın qalxdı, ayaqlarını cütləyib, qollarını yanlarına sıxaraq, sinəsini qabağa verdi  nazik səsilə rəsmi qaydada ucadan dedi
Sovet İttifaqına xidmət edirəm!
Ancaq bir şeyi heç vaxt unutma!  Diviziya komandiri əlini onun çiyninə qoyub, təmkinlə tapşırdı. Unutma ki, çətin vəziyyətdə hər bir yanlış addım insan həyatını təhlükə qarşısında qoya öilər.  Ehtiyat igidin yaraşığıdır!   Mən bu məsəli keçən dəfə də sənə xatırlatmışdım.  Çalış kapitan Xenfeldə heç bir sirr vermə, ondan isə çox şey öyrən! Mən, hər vasitə ilə bizə xidmət göstərən o alman zabitinin ruslara qarşı hüsnrəğbəti olduğunu bilsəm də, sənə bu cür hərəkət etməyi məsləhət görürəm.  Əkstəqdirdə kapitan Xenfeld kimiləri min hiylə ilə səndən söz alar, bizim ordu barədə əsil həqiqəti öyrənə bilərlər. Müharibə həyatında vəziyyət sabit qalmır  bəzən elələri ələ keçəndən sonra, canının qorxusundan özünkülərə çox sirri açmağa məcbur olur.   Sən bunları başa düşürsənmi, mənim qoçaq balam.
Bəli!  deyə Sarışın bir uşaq sadəliyi ilə cavab verib, Səlimxanovun üzünə baxdı.  Sizin məsləhətləriniz olmasaydı, mən indi əsirlikdə qalmış səfil bir qız idim.  Döyüşçülərimizə, heç kimə bir köməyim dəyməmişdi.
Polkovnik Sarışının başını sinəsinə söykəyib, çiyinlərini oxşadı.
Halbuki indi sən bizim sovet döyüşçülərinin ən yaxın köməkçisisən. Xidmətin də hər hansı əli silahlı əsgərinkindən az deyil.
Diviziya komandiri saatına baxdı.
İcazə verin daha mən gedim, yoldaş qvardiya polkovniki,  deyə Sarışın vaxtı itirmək istəmədi. Başqa nə əmriniz varsa, hazıram!
Səlimxanov qaşlarını düyünləyib alnını ovuşdurdu. Düşüncəli gözlərini stol üstündəki telefona zilləyib dedi.
Semixatkanın böyründən bir dəmir yolu keçir. Kənddən arası yüz metrdən çox deyil.  Həmin yol Dnepr sahili ilə uzanaraq, Qızılkilsəlinin iki kilometrliyindəki kimsəsiz zonada olan «Çeryomuxanı» kəsib arxaya gedir.   Sən bu günsabahda gecə ikən fürsət tapıb, alman qərargahının əsas rabitə xətti ilə dediyim dəmir yolunun sağ relsini birləşdirməlisən.  Polkovnik bir an ara verib soruşdu.  Elə bilirəm sənin təkcə düşmənin telefon xətlərini qırmaqda yox, özümüzkülər üçün rabitə qurmaqda da səriştən var.  Elə deyilmi
Bondarçuk onun nəyə işarə elədiyini əlüstü başa düşdü.
Düz buyurursunuz, yoldaş qvardiya polkovniki!
Sarışın nəfəsini belə dərmədən diviziya komandirinin əmrinin hər kəlməsini diqqətlə dinləyirdi.
Sən əvvəlcə alman qərargahından hissələrə gedən baş rabitə xəttini tapmalısan,  Səlimxanov hələ fikrini tamamlamamış Sarışın dilləndi              Onun yerini bilirəm, yoldaş qvardiya polkovniki!  Elə mən bura gələndə həmin telefon xətləri ayağıma ilişdi, üzüqoylu yerə dəydim.  Sonra da dizə qədər palçığa girdim.  Ancaq…  Dediyiniz dəmir yolu bütöv deyil, sınıqsınıqdır.
Səlimxanov gözlərini qıyıb, mehribanlıqla gülümsədi.
Sən onun fikrini çəkmə.  Hər şey düzələcəkdir. Ancaq bunu kapitan Xenfeld bilməməlidir!
Oldu!
Sarışın başını qaldırıb polkovniki diqqətli nəzərlərlə süzdü.
Bu pəhləvan cüssəli kişinin əlli yaşı ancaq olardı. Gicgahları ağarmış, qara cod bığı çallaşmışdı.   İri, qonur gözlərinin ətrafında əmələ gəlmiş xırda qırışlar onu daha ağıllı göstərirdi.  Üst dodağının ortasındakı artıq ət alt dodağının çöküklüyünü dolduraraq, bir mütənasiblik yaradırdı. Yorğunluq və yuxusuzluq oxunan təmiz, ağ sifətində, övladını sevən valideynlərə məxsus qayğı həkk olunmuşdu.  Əgər Sarışın utanmasaydı, bu dəqiqə uşaq kimi polkovnikin boynuna sarılıb onu öpərdi.  «Sən atamın əvəzisən. Hər sözün mənim üçün əzizdir, qiymətlidir!  deyərdi. Ölümə də göndərsən, güləgülə getməyə hazıram!..»
Diviziya komandiri ikinci dəfə saatına baxıb, dəhlizə açılan qapını araladı. Növbətçinin vasitəsi ilə bayırdan serjant Meladzeni çağırtdırdı.
Eşidirəm, yoldaş qvardiya…
Səlimxanov adəti üzər onu danışmağa qoymayıb, Sarışını göstərərək məqsədini bildirdi.
Bondarçuk yoldaşı düşmənin ön atəş xəttinə qədər müşayiət etməlisən. Kimsəsiz zonanı haradan keçəcəyinizi özü sənə deyər.  Parol «Dnepr»dir.  Uğur olsun!  Diviziya komandiri əvvəlcə Sarışının, sonra Meladzenin əlini sıxdı.
Onlar bayıra çıxcaq, polkovnik kitelini geyib tələsik yaxasını düymələdi.  Otaqdakı telefonun dəstəyini götürdü.
Saat altıyadək xarabalıqda və onun ətrafında yerləşən hissələr oranı tərk edib, Qızılkilsəliyə və onun iki kilometrliyindəki şam meşəsinə çəkilsin!   Kəşfiyyatçılardan dörd nəfəri xarabalıqda özlərinə təhlükəsiz yer seçib, növbə ilə müşahidə aparsınlar  əhəmiyyətli məlumatları yubatmadan bizə xəbər versinlər,  deyə diviziya komandiri bir azdan baş verəcək təhlükənin qarşısını qabaqcadan almağa tədbir tökdü.   Uşaqlara tapşırın birinci və üçüncü samovarlara od salsınlar.  Aydındırmı Di, işə başlayın!
O, dəstəyi yerinə qoyub düşündü.
«Qoy əvvəlcə almanlar toplarını boş xarabalıqda partladıb israf etsinlər, sonra isə biz onlara toy tutarıq!».