Elman Həbib. Ayı qoyun otarır
Uşaqlar, gəlin sizə
Yenə deyim ayıdan.
Bu nağılı söyləyib
Мənə dağdan qayıdan.
Dağ da nə dağ, bilsəniz
Zirvələri görünməz.
Babam kimi qocadır
Onun yaşı bilinməz.
Saqqalı ağ buluddan,
Nəğmələri sükutdan.
Özünə paltar biçib
Gül-çiçəkdən, göy otdan.
Bu dağın qucağında
Balaca bir kənd də var.
Burda armud yeməyə
Gəlir yayda ayılar.
Armud dərib yeyirlər,
Budaq əyib yeyirlər.
Armudlar mənim üçün
Qəribsəyib deyirlər.
Yanım basa-basa
Ayı yön aldı kəndə.
Çay qırağma çatdı
Ayı axşam düşəndə.
Çoban Xeybər sürünü,
Qaytarırdı örüşdən.
Gördü ki, ayı enir,
Çay kənarına döşdən.
Lap məəttəl qaldı о,
Bu nə hal - qəziyyyədir.
Sürü ayını gördü
Sürü hürküb təzindi.
Ayı saya salmadı
Görüb, eşitdiyini.
Ağzında hiss etdi о
Armud şirinliyini.
Kefi kökəldi onun,
Marçıldatdı ağzını.
Burdaca xatırladı,
Tez oğlunu, qızını.
Soyunub çoban Xeybər
Çarıqq - patavasını.
İstədi ki, dəyişsin
Bir azca havasını.
Ayağını sallayıb,
Axar çayda axdı o.
Hənirti duydu çoban
Arxasına baxdı о.
Ayı düz oturmuşdu
Arxasında çobanın.
Az qala tutulmuşdu
Dili-dodağı onun.
Nə çoban dinlənirdi,
Nə ayı danışırdı.
Çoban Хеуbər yuyunan
Dağ çayı danışırdı.
Sükutu ayı pozdu:
- Deyir armud yetişib.
Gəlmişəm qonaq оlum
Мənim paylarım düşüb.
- Düşüb, düşüb armudun,
Nə qədər desəniz var.
Nə qədər yesəniz var.
İndi gedib çırparam,
Gecə gəlib yeyərsən,
Mənə sağ ol deyərsən.
Ayı dilləndi уеnə:
- Gəl biz belə danışaq
Мən sənin əvəzinə
Otarım qoyunları,
Sən də çırpıb уегə tök
Yetişmiş armudları.
- Gəl dost olaq deyirəm
Мən ayıyam, boz ayı.
- Мən də çoban Xeybərəm.
İşim-gücüın yoxdu day
Çobanlıqdan savayı.
- Daha danışdıq demək,
Danışdıq çoban Xeybər.
Bir şey yadıma düşdü
Gətir mənə bir heybə.
Uşaqlarıma gərək
Dəymiş armud aparam.
Вaxma ki, mən ayıyam,
Sədaqətdə mən varam.
Sabahdan ağ sürünün
Çobanı mən özüməm.
Daha bir canavar - zad
Görünənməz gözümə.
Deyirlər həmin vaxtdan
Ayı qoyun otarır.
Çoban Xeybər də ona
Armud payı aparır.