Şeirlər

Sevinc Nuruqızı. Bir əlin beş barmağı

Bu barmaq qoca babadır,
Bu barmaq qoca nənədir.
Bu atamdır,
Bu da anam.

Mən də ki, yerdə qalanam.

 

Ay ana, sənin balanam,
Ay ata, sənin balanam.
Çeçələyəm, çeçələyəm,
Mən anamın saçlısıyam.


Mən atamın keçəliyəm.
Mən nənəmin dadlısıyam,
Mən babamın dəcəliyəm.