Nikolay Sladkov. Gözəl yay
Ağ günəş mavi göyə qalxıb. Torpaq otla nəfəs alır. Üfüqlər uzaqda bir-birinə qarışır. Yaşıl zolaqlar dalğalanır. Çəmənlər, təpələr, yamaclar sayrışır. İstidən kollar və daşlar titrəşir.
Külək taxılı əyir. Arı sünbül dalğalarını qabağına qatıb qovur. Tutqun biçənəkləri, otları qiymətli xəz kimi sığallayır. Sünbüllər və süpürgə kolları dənlə dolur.
Yollarda bürkülü toz burula-burula dizə qalxır. Cırcıramalar yolların qırağında səsə verirlər. Kəpənəklər qızaran qığılcım kimi uçuşurlar. Yorğun-arğın qarğalar dimdiklərini uzadırlar. Qaranquşlar gölməçələrin isti sularına baş vururlar.
Budaqlar ağırlaşıb sallanır. Kötüklərdən buxar qoxusu gəlir. Dovşanlar tənbəl-tənbəl o böyrü, bu böyrü üstə çevrilirlər. Qar dağları kimi ağır, sirli buludlar yavaş-yavaş axışıb gedirlər. Bürkü, sakitlik, gözəl yay.
01.06.2026