– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.
– Siz bunu nədən bildiniz?
– Kitabın ikinci yarısı təmizdir!
***
Balaca oğlan televizorda yüngül atletika üzrə çempionata baxan atasına yaxınlaşıb soruşur:
– Ata, bu əmilər nə üçün qaçırlar?
– Ona görə qaçırlar ki, onlardan birinci gələnə priz verəcəklər.
– Bəs onda qalanları niyə qaçırlar?
***
– Oğlum, bu gün məktəbdə nə oldu?
– Müəllim dedi ki, mən riyaziyyatdan heç nə bilmirəm və gündəliyimə nə isə bir rəqəm yazdı.
***
– Ay oğlan, niyə ağlayırsan?
– Revmatizmə görə.
– Nə! Sən ki hələ balacasan! İndidən revmatizmin var?
– Yox, imlada “rivmotizm” yazdığıma görə “iki” almışam.
***
– Əli, sizin sinifdə neçə əlaçı var?
– Məndən başqa dörd nəfər.
– Məgər sən əlaçısan?
– Yox. Mən ki belə də dedim – məndən başqa!
22.05.2026