(romandan bir hissə, ixtisarla)
Qalaya bir ay əvvəl elçi gəlmiş, Şah İsmayılın xərac tələbini, gətirmişdi. Onda Fərrux Yasar hələ sarayda idi və elçiyə rədd cavabı vermişdi. İsmayılın Şirvan və Bakı üzərinə hücumu da elə bununla izah edilirdi.
İndi onların heç biri: nə qayınatası Şirvanşah Fərrux, nə də əri Qazi bəy sarayda idi. Onlar qoşun və kömək gətirmək üçün getmişdilər. Lakin heç birindən xəbər yox idi. İndi bütün bunları düşünən Sultanım xanım şəhərin müdafiəsi üçün tədbirlər tökürdü.
Bu zaman qasidin gəldiyini və Qazi bəylə görüşmək istədiyini dedilər. Sultanım xanım məşqlər zamanı əyninə geydiyi süvari paltarını geyindi və qasidlə görüşmək üçün Qazi bəyin qəbul otağına keçdi.
Burada Bakı darğası Əbdülfəttah bəyi qasidlə yanaşı dayanan gördü. Bir neçə cavan sərkərdə isə Qazi bəyin tanışları idi və Sultanım xanımı tanıyırdılar. Qazi bəyin əvəzinə Sultanım xanımın tək daxil olması cavanları heyrətləndirsə də, onlar qasidin yanında bunu üzə vurmadılar.
Qasid irəli gəldi, sinəsini qabağa verib əda ilə dilləndi:
– Mən hökmü Ərdəbildən Ərzincana, Şirvanşahlıqdan Şama işləyən qibleyi-aləm Şah İsmayıl tərəfindən hüzurunuza təslim tələbi ilə göndərilmişəm. –Təslim olmalısınız! Yoxsa iki gün keçməyəcək, qala alt-üst olacaq. Hamınız da əsir ediləcəksiniz!
Qasid çox ürəklə danışırdı. Bilirdi ki, qalanın o biri üzündə döyüşə hazırlıq gedir. Arxasında Xülafə bəy, Bayram bəy kimi igidlər durmuşdu. Bir də ki saray qayda-qanunlarına bələd idi.
Qasidin hökmlü və acıqlı danışığı xanımın qəlbinə işlədi. Qasidin Əbdülfəttah bəyə baxması da onun nəzərindən yayınmadı. Sonra sərkərdələrə baxdı. Darğadan başqa, bütün sərkərdə və əyanlar qəzəblənmişdilər.
Sultanım xanım təmkinlə dedi:
– Sən nə cürətlə yeddi yüz illik Şirvanşahlar xanədanına meydan oxuyursan, bu sarayda təslimdən danışırsan?
-O xanədanın çırağı sönüb, şahzadə.
– Bəs camaat? Onların təslim olmaq istəyib-istəmədiyinin əhəmiyyəti yoxdur?
Qasidin həyasızlığı o dərəcəyə çatdı ki, o, cavab qaytardı:
– Camaat! Camaat kimdir, nədir?
Sultanım xanım gözlənilməz bir hökmlə əlini qaldırdı:
– Aparın, meydanda asın! Günahını da carçılar desin! Qoy bəyənmədiyi camaat onu öz gözü ilə görsün!
Qərarın qətiliyinə inanan qasid yalvarmağa başladı. Sultanım xanım qaşlarını çatdı:
– Sən hələ qorxaqmışsan da? Bir qaşıq qanından ötrü sürünmə! Danışdığın kimi mərdanə ölməyi bacar.
Elçi aparılandan sonra Əbdülfəttah bəy dedi:
– Xanım, heç yaxşı iş görmədiniz.
– Niyə? – deyə Sultanım xanım maraqla soruşdu: – Şirvanşahları alçaldan, camaatımızı bəyənməyən bir qasidə aman verəydik?
– Axı bir nəzərə alın ki, üstümüzə gələn Şah İsmayıldır. Onun qəzəbindən qorxun! Sizin qayınatanız Fərrux Yasar Cabanıda həlak olub. Qazi bəy ortada yoxdur. Axı dava-şava kişi işidir! Ya şəhəri təslim elə, ya da şahzadənin yerini de!
Bu sözləri deyəndə darğanın qorxudan əlləri əsir, barmaqları titrəyirdi.
Ancaq aldığı ənamlar, verdiyi sözlər onun öz canı ilə oynamasına bais oldu.
Sultanım xanım üzüklü sağ əlini qaldırıb qeyzlə dedi:
– Mənim şahzadə adından danışmağa səlahiyyətim var. Amma qoy sənə bir misal çəkim. Deyirlər, qədim zamanlarda məğlub bir padşah qalibin yanında çox ürəkli danışırmış. Bunun səbəbini axtarırlar. Axırda dünyagörmüş bir qoca deyir: “Baxın görün, o şah harada dayananda ürəkli danışır və həmin yeri qazın. Növbəti danışıq zamanı şahın durduğu yeri qazırlar.
Həmin yerdən xeyli qızıl küpü çıxır. Məlum olur ki, məğlub şahı danışdıran üstündə dayandığı xəzinə imiş!” İndi mən də əmin oldum ki, səni danışdıran düşməndən aldığın ənamlardır. Sən xəyanət yolu tutmusan, Əbdülfəttah bəy!
Sərkərdələrin çoxu ürəyində “Əhsən!”, “Halal olsun!” – deyə düşünərək məhəbbətlə şahzadəyə baxdı. Gözləmədiyi halda Sultanım xanımın onun sirrinə vaqif olması bəyi sarsıtdı. Dəhşətdən damarlarında qanı dondu. İxtiyarsız xanımın ayaqlarına döşəndi:
– Aman, aldadıblar məni, şahzadə xanım! Bağışla məni!
Sultanım xanım:
– Mən qarasına demişdim, bəy! – deyə qışqırdı. – Xəyanətini özü etiraf edəndən sonra casusun, doğma yurduna məğlubiyyət arzu edən xainin cəzası ölümdür! Aparın! Darğanın xəyanətini xalqa elan edin. ... İndi isə, ağalar, buyurun, məşvərətə. Görək şəhərimizi necə müdafiə etməliyik...
Budur, Çaldıran döyüşündәn on dörd il keçib. Hәlә bir dәfә üzüm gülmәyib, dodaqlarımda tәbәssüm görәn olmayıb. Qazandığım zәfәrlәrdәn gümraһ olub, sayca az qoşunla qabaqına çıxdığım vә indicә dediyim xәta mәndәn baş verdiyi üçün.
Ömrün son günlәrini yaşayıram, mәnim әziz xәlәflәrim! Sizin üçün bu az ömrümdә әlimdәn gәlәni elәdim. Fәtһlәr edib parça-parça bölünmüş diyarımızı qılınc gücünә birlәşdirmәyә çalışdım.
Vәtәnin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin bir kiçicik sözünü bir ölçü lәl-cәvaһiratdan üstün bildim. Hәr ikisinin—Vәtәnimizin vә dilimizin әbәdiyyәti üçün. Nә bacardımsa onu elәdim. Mәni lәnәtlә yad etmәyin! Yaxşı nә başlamışamsa—onu göyәrdin! Sәһvlәrimi tәkrar etmәyin! Sizә vәsiyyәtim budur.
Bir dә әşarım var. Əgәr zövqünüzu oxşasa—mәzarımda bir qәdәr raһat ola bilәrәm.
Sizә üç әmanәt qoyub әrәn babalar: dilimiz, qeyrәtimiz, Vәtәnimiz—can sizin can onlar әmanәti».