Nağıllar, hekayələr

Ötkəm Bayramgil. Sehrli səhifələr: Günəşin nağıllar aləminə səyahəti

Biri var idi, biri yox idi. Günəş adında ağıllı, kitab oxumağı sevən bir qız var idi. Günəşin ən böyük xəyallarından biri nağıl qəhrəmanları ilə görüşmək idi. Və bir gün bu xəyal gerçəkləşir. Günəş gözlərini açanda görür ki, böyük bir çəmənlikdədir. Birdən onun qarşısına bir oğlan çıxır:
— Xoş gəlmisən, Günəş! Mən Məlikməmmədəm.


Günəş sevincindən nə deyəcəyini bilmir. Elə bu vaxt kolların arasından balaca, şən bir oğlan da çıxır.
— Məni tanıdın? Mən Cırtdanam!


Günəşdən bir az aralıda qırmızıpapaqlı bir qız dayanmışdı.
— Mən də Qırmızıpapağam. Səni çoxdan gözləyirdik.
Və nəhayət, zərif addımlarla Tıq-Tıq xanım da Günəşə yaxınlaşır.

 

Günəş heyrətlə dedi: Axı mən sizi kitablarda oxuyurdum… Siz gerçəksiniz?
Məlikməmməd gülümsədi:” Kitabları sevənlərin dünyasında biz həmişə gerçəyik”.

 

Sonra Günəş və nağıl qəhrəmanları böyük bir ağacın altında oturdular. Məlikməmməd söhbətə başladı:
— Mən uzun və çətin yollardan keçmişəm. Qaranlıq quyulara düşmüşəm, divlərlə vuruşmuşam. Amma heç vaxt qorxub geri çəkilməmişəm. Unutmayın ki, cəsarətli olmaq çox vacibdir. Çətinlikdən qorxmayın. Əgər mən qorxsaydım, nə özümü, nə də qardaşlarımı xilas edə bilərdim.

 

Sonra Cırtdan üzünü Günəşə tutub dedi:
— Mən balaca idim, amma həmişə ağıllı idim. Div məni aldada bilmədi. Çünki mən ehtiyatlı və diqqətli idim. Əgər diqqətsiz olsaydım, div məni və dostlarımı yeyə bilərdi. Uşaqlar, yadınızda saxlayın: hər zaman ağıllı düşünün və ehtiyatlı olun.
Günəş başını tərpədib razılaşdı.

 

Qırmızıpapaq sakit səslə dedi:
— Yadındadır da Günəş mən bir dəfə canavara inandım və yolumu dəyişdim. Bunun ucbatından təhlükə ilə üzləşdim. Ona görə də sizə məsləhətim budur: valideynlərinizin sözünə qulaq asın və tanımadığınız insanlara inanmayın. Qaydalar sizi qorumaq üçündür.

 

Tıq-Tıq xanım isə əlavə etdi:
— Mən zəhmətkeş və çalışqan idim. Amma bir az səbirsiz və sözəbaxmaz idim. Ona görə də siçan kimi bir dostumu itirdim. Siz çalışın ki, dostunuzla bir - birinizə başa düşəsiniz, bir-birinizin fikirlərinə, məsləhətlərinə qulaq asasınız.

 

Günəş dedi: Mənim sevimli nağıl qəhrəmanlarım! Mən və dostlarım sizin məsləhətlərinizə qulaq asacaq. Daha da çox kitab oxuyacağıq ki, ağıllı və savadlı olaq.

 

Birdən sehrli bir külək əsdi. Günəş gözlərini yumdu… və yenidən öz otağında idi. Masasının üstündə açıq bir nağıl kitabı vardı.


O gündən sonra Günəş daha çox oxudu. Kitabları sevək, çünki ən böyük sehr onların içindədir.


Göydən üç alma düşdü:
Biri Günəş üçün,
Biri bu nağılı yazan üçün,
Biri də bu nağılı oxuyan ağıllı uşaqlar üçün.

 

Ötkəm Bayramgil
Sumqayıt şəhəri
35 saylı orta məktəbin 3 D sinif şagirdi