Nağıllar, hekayələr

Xanım Mehdixanlı. Elmlərin mübahisəsi

Günlərin bir günü məktəb kitabxansında yerləşən elmi kitablar arasında güclü mübahisə yaranır. Hər bir elm özünün insanlar üçün daha faydalı olduğunu sübut etməyə çalışır. Mübahisə getdikcə hamısı bərk əsəbiləşir və  riyaziyyat nə qədər çalışsa da onları sakitləşdirə bilmir.


Mübahisəyə tarix başlayır:

-Hə, dostlar, şübhəsiz  mən ən qədim, ən vacib elmlərdənəm. İnsanların keçmişi, gələcəyi arasında körpüyəm və insanlar məni öyrənmədən keçmişdən xəbər tutmazlar və heç nə inkişaf etməz.


Goğrafiya onun sözünü kəsir və deyir ki, sən heç danışma, çünki sən ancaq müharibələrdən, qanlı döyüşlərdən bəhs edirsən. Amma mən olmasam, heç bir insan yaşadığı torpağı tanımaz, qonşu dövlətlərdən, xalqlardan xəbərdar olmaz. Mənim sayəmdə insanlar dağları, çayları tanıyır.


Geologiya coğrafiyaya deyir:

- Sənin sayəndə insanlar torpaqları tanısalar da, məhz mənim  qüdrətim ilə yerin təkində olan faydalı qazıntıları kəşf edib istifadə edirlər. Hələ mən qara qızıl olan nefti demirəm bugünki gündə neftsiz heç bir nəqliyyat da işləməz. Mənim sayəmdə neft hasil edlir, avtomobillər, qatarlar,təyyarələr hərəkət edir, insanlar bir biri ilə tez əlaqə saxlayırlar.


Fizika mübahisəyə qoşulur:

- Siz elə bilirsiniz, insanlara yalnız faydalı qazıntılar lazımdır? İnsanlar təbiət qüvvələrini bilməsələr, heç nə inkişaf etməzdi. Mənim köməyimlə elektrik kəşf etmişlər, bu gün elektiriksiz heç nəyi təssəvür etmək mümkün deyildir.  Deməli, mən işığam insanlara daha çox mən lazımam.


Kimya onun sözünü təstiqləsə də, özünü təkkəbbürlə boğaraq dedi:

-Mən insanlara sizin hamınızdan çox lazımam, mənim elmimin qüdrəti ilə  insanlar şəfaverici bitkiləri tanıyır, onlardan dərmanlar hazırlayır , xəstələrə ümid verirəm, nə qədər xəstənin həyata qayıtmasında vasitəçi olmuşam. Bundan əlavə, geyim, ayaqqabı, ev əşyaların hazırlanmasında mənim rolum əvəzsizdir.


Kimyaya səbrlə qulaq asan Anatomiyya dilləndi:

-Sənin sayəndə hazırlanan dərmanlar mən olmasam nəyə yarayar? Axı mənim vasitəmlə  insanlar bütün insan orqanizminin xüsusiyyətlərini öyrənir, xəstəlikləri aşkar edir, deməli, insanlara mən daha vacibəm.

Zoologiya bu anda mübahisəyə qoşulur. Axı insanlar mənim vasitəmlə heyvanalar aləmini, öyrənir onların xeyrlərindən öz mənfəətləri üçün istifadə edirlər.

Botanika onun sözünü təstiqləyir, əlbəttə biz olmasaydıq, təbiətlə təkbaşına nə edərdilər. Mən insanlara ta qədimdən dost olmuşam, mənim vasitəmlə bütün bitkilərin şəfaverici xüsusiyyətlərini öyrəniblər.


Elə bu zaman ədəbiyyat utana-utana mübahisəyə qoşulur. Mən olmasam, insanlar axı nədən zövq alarlar, onlara ruhu oxşayan şeirlər təqdim edirəm, ən ağır zamanlarında yaxın həmsöhbət oluram, onlara əsrlər öncə dünyadan getmiş yazıçıların fikrini çatdırıram.

Bu sözə İnformatika artıq səbr edə  bilmədi.

-Nə qədər söz-söhbətin çox olsa da, mənim qədər informasiyan ola bilməz! Mənim vasitəmlə insanlar bugünkü saysız -hesabsız informasiyaları, elmi naliyyətləri komputer vasitasilə bir–birinə ötürürlər. Dünyanın müxtəlif yerlərində yaşayan insanlar arasında tez vaxt ərzində əlaqə yaradıram. Deməli, müasir insana mən hamıdan çox lazımam.


Bayaqdan bəri bu mübahisələrə qulaq asan Astronomiya gülür. -Eh siz hamınız Yerdən burada olanlardan danışırsız, amma mən gör haralardan xəbər verirəm. Mənim elmimin gücü ilə insanlar Yer kürəsindən dəfələrlə böyük olan ulduzları, planetləri kəşf edir, ora peyklər göndərirlər, deməli, mən gələcəyin elmiyəm.


Bu zaman Riyaziyyat ah çəkdi, bayaqdan sizlərə qulaq asıram sadəliyimdən danışmıram.Bilin bütün elmlərin açarı  mənəm! Mən olmasam, dünyada  hər bir işin nizamı pozular. Mənim vasitəmlə hər bir elm inkişaf edir. Bu zaman elmlər bir səslə etiraz edir. Riyaziyyat təklif edir ki, qocaman alimin yanına məsləhətə gedək.


Elmlər alimdən hansılarının insanlar üçün daha faydalı olduğunu soruşurlar. Alim deyir:

-Riyaziyyat elmlərin açarıdır, o olmasa, bugünkü naliyyətlər də  olmazdı, lakin ayrı-ayrılıqda siz hamınız biz insanlara lazımsınız .Biz insanlar illərlə, əsrlərlə sizləri inkişaf etdirib bugünki səviyyəyə çatdırmışıq, Sizin sayənizdə Yerin tərkini , okeanları uzaq–uzaq ulduzları fəth etmişik.Təbiəti özümüzə ram etmişik, sizin qüdrətiniz ilə qabaqcadan təbiət hadisələrini müəyyənləşdirə bilirik. Amma unutmayın  siz birlikdə olanda bizim üçün faydalısınız. Elmlər öz lovğalıqlarından utandılar. Müdrik alim dedi:

-Sizinlə dost olan güclü, ışıqlı olur, düşmən olan isə cahil, zəif qalır.


Hə, balaca dostlar! Siz də onlarla dost olsanız güclü olarsınız .Elə deyilmi, dostlar?