Təbiət

İki nöqtəli aslan balığı

İki nöqtəli aslan balığı (Dendrochirus biocellatus) - Atlantik, Sakit və Hind okeanlarının tropik, subtropik və mülayim sularında, əsasən mərcan riflərində yaşayan zəhərli dəniz balıq cinsidir. İnsanlar üçün təhlükəlidirlər. Sahilə yaxın və 50 metr dərinlikdə yaşayırlar.

 

Əsasən okean balıqlarıdır, çox nadir hallarda təmiz sularda rast gəlinir. Sahil bölgələrində, rif və koral qayalıqlar yaxınlığında yaşayırlar, yalnız bir neçəsinə böyük dərinliklərdə rast gəlinir.

 

Aslan balığı uzunluğu 4-90 santimetr arasında dəyişən kütləvi bir bədənə sahibdir. Başı ümumiyyətlə dik və tikanlıdır, gözləri isə olduqca böyükdür. Aslan balığının bel üzgəci iki hissəyə bölünmüşdür. Üzgəcləri zəhərli tikanlarla örtülüdür. Balığın bel nahiyəsindəki iynələrin insanlarla təması nəticəsində bir neçə gün yanma, tərləmə və nəfəs alma çətinliyi müşahidə oluna, hətta ölümə də səbəb ola bilər.

 

Bu balıqların rənginin parlaq olması, düşmənləri zəhərli iynələrin olması barədə xəbərdar etməklə yanaşı, əksər hallarda onları rəngli mərcan qayaları fonunda gizlədir. Əsas rəngləri -  qırmızı və qırmızı-qəhvəyi rənglərdir.

 

Bəzən boz və hətta sarı Aslan balıqlarına belə rast gəlinir. 

 

Yetkin balıqlarda bel üzgəcin yumşaq hissəsində gözə bənzər iki-üç dənə “böyük ləkə” mövcuddur. Ləkələr sarı-qara rəngdədir. Ov, cütləşmə və ya bir rəqiblə atışma zamanı ləkələr açıq mavi-yaşıl rəngə çevrilir. Balığın üst çənəsində iki anten (bığ) var.

 

İki nöqtəli Aslan balığı akvariumda belə yetişdirilir.