Dizel ağacı
Braziliyanın tropik meşələrində “Dizel Ağac”” və ya “Kerosin Ağac” kimi tanınan Copaifera langsdorffii bitkisi böyüyür ki, onun şirəsi təbii yanacaqdır. Şirənin tərkibi demək olar ki, dizel yanacağının tərkibi ilə eynidir, həm də o qədər keyfiyyətlidir ki, məcburi filtirlənmə tələb etmir, yəni birbaşa avtomobilin çəninə tökülə bilər.
Kopaiferanın gövdəsindəki bir çuxurdan təxminən 30-50 litr "tərəvəz dizel yanacağı" əldə edilir. Bəzi ölkələrdə bu yağlı ağacların kütləvi əkilməsinə artıq başlanılıb.
Bu yağlı maye kəsik və kiçik borunun köməyi ilə əldə olunur. Bu yolla bir gövdədən ildə 30-50 litr maye almaq mümkündür. Bundan başqa bu maye ağacın yarpaqlarında, meyvəsində belə var.
Yaxın vaxtlarda bu ağacı Braziliyadan uzaqda da əkməyə başladılar. Lakin onun yaxşı inkişafı üçün tropik iqlim lazımdır.
03.04.2021