Taranaki dağı
Taranaki dağı dünyanın ən gözəl mənzərələrindən birinə sahibdir. Egmont dağı kimi tanınan Taranaki Dağı Yeni Zelandiyanın Şimal Adasının qərb sahilində yerləşir. 2518 metr hündürlüyə sahib olan vulkan mənşəli dağ XIX əsrin ortalarından etibarən aktiv olmuşdur.
Taranaki adını, doğma qəbilədən alır. Avropalı tədqiqatçıların Yeni Zelandiyaya ilk səfərindən illər əvvəl Taranaki qəbiləsinin xalqları vulkanı əhatə edən düzənliklərdə yaşayırdılar. Dağı doğma yurdları kimi qəbul edən yerli sakinlər yamaclarını suvayaraq evlərini orada qurdular. Dağdakı püskürmələr nəticəsində böyük zərər görsələr də bölgəni tərk etməyən qəbilə, əsrlər boyu müqəddəs hesab etdikləri dağın ətrafında həyatlarını davam etdirdilər. Düzdür, dağ kifayət qədər gəncdir, cəmi 135 min il əvvəl aktiv olub və son oyanışı XIX-cu əsrə təsadüf edib.
Xarici görünüşcə Fuji dağına bənzərliyi səbəbindən Taranaki vulkanı ətrafında Son Samuray filmi çəkilmişdir. Son tədqiqatlar göstərir ki, son 9000 ildə kiçik püskürmələr orta hesabla hər 90 ildə, böyüklər isə 500 ildən bir baş verib.
Maori dilindən tərcümədə "Taranakai" "Parlaq Dağ" mənasını verir.
Kapitan Kuk ilk səyahətini təşkil etməyə və həyata keçirməyə köməklik edən admirallığın ilk lordu Egmontun şərəfinə dağı, Egmont Dağı adlandırıb. 29 May 1986-cı ildə vulkanın “Taranaki Dağı” və “Egmont Dağı” olaraq iki ad alacağı rəsmi olaraq qəbul edildi. Hazırda dağın ətrafında, demək olar ki, yaşayış yoxdur. Vulkanın yamaclarında bir xizək kurortu var, lakin populyarlığı yerli əhali arasında və hətta turistlər arasında böyük deyil. Vulkan Taranaki, əsasən, yürüşçülər, vəhşi təbiəti sevənlər və Yeni Zelandiyanın ən gözəl yerlərini görmək istəyən insanlar tərəfindən ziyarət edilir. Turistlərin ən çox sevdikləri fəaliyyətlər bunlardır: xizək və snoubord, yürüş və həddindən artıq macəraya üstünlük verənlər üçün dağın zirvəsinə qalxma təşkil edirlər. Çətin hava şəraiti səbəbindən dağın zirvəsinə qalxmağa yalnız yayda icazə verilir.
08.01.2021