Yırtıcı bitki Genliseya
Yırtıcı olan Genliseya çox nadir bitkidir və yalnız Oreqona və Şimali Kaliforniyada, habelə Afrika, Madaqaskar və Braziliyanın tropik bölgələrində rast gəlinir. Əsasən bataqlıqlarda və rütubətli meşələrin yaxınlığında bitir. İlk dəfə bu bitki haqqında məhz 80-ci illərin ortalarında öyrənilməyə başlanılıb.
Genliseyanın tələsi heyvan bağırsağına bənzəyir. Torpaq altında budaqlanan yarpaqları içi boş borular şəklindədir. Torpaqdan çəkilən su bu borularda irəliləyir. Boruların uclarındakı yarıqlarda, bitkinin içinə doğru yönəlmiş bir axıntı var. Bu axıntı, bitkinin içində su nasosla vuran tükcüklərdən qaynaqlanır. Su içindəki böcəklər və digər orqanizmlər, axıntı səbəbi ilə boruların uclarındakı yarıqlardan içəri doğru süründürülür. Bu süründürülmə boyunca keçdikləri hər yer ucları aşağıya baxan qalın və sərt tüklərlə örtülüdür. Tükcüklər də qapaq funksiyasını yerinə yetirərək böcəyi bitkinin içinə doğru aparan təsir meydana gətirir. Qurban içəriyə doğru irəlilədikcə silsilə öldürücü həzm vəzləri ilə qarşılaşırlar. Sonunda da Genliseyanın qidası olurlar. Bütün proses bir neçə dəqiqə ərzində baş verir, beləliklə, Genliseya bitkisi gün ərzində bir neçə yüz canlı mikroorqanizmi tutub qidalana bilir.
Genliseya bənövşəyi və ya mavi rəngli çox gözəl kiçik çiçəklər açır. Çiçəyin özü kəpənəyə bənzəyir və təxminən 15 sm uzunluğunda gövdənin üzərində böyüyür.
Genliseya birbaşa günəş işığını sevmir, süni işığa ehtiyacı var. Genliseya toxumlarla çoxalır, lakin bu olduqca gec baş verir.
07.12.2020