Təbiət

Ağciyəri olan balıq

İkitənəffüslülər (lungfish) həm qəlsəmə, həm də ağciyərlə tənəffüs edən şirin su balıqlarıdır.  Xoanlar yarımsinfinə aid dəstəüstüdür. Bu balıqların hal-hazırda, Afrika, Cənubi Amerika və Avstraliyada yaşayan 6 növü var. Digər balıqlar kimi qəlsəmələrə sahibkən, eyni zamanda ağciyər kimi fəaliyyət göstərən dəyişmiş üzmə kisələrindən istifadə edərək tənəffüs ala bilirlər.

 

Suyun səviyyəsinin çox olduğu zaman tənəffüs almaq elədə önəmli deyil. Ancaq yağışların yağmadığı zaman yandırıcı günəş bütün suyu qurudur. Balıq özünə yer altında daha təhlükəsiz bir yer axtarır. Torpağı yeyərək qəlsəmələri vasitəsilə çölə atır. Beləcə torpaqda irəliləyir. Bu balıq palçıqda qurumamaq üçün dərisindən xüsusi selik çıxarır. Bu selikdən su keçirməz, sərtləşən qalın bir təbəqə ilə özünü əhatələyir. Nəfəs almaq üçün yalnız bir dəlik saxlayır.

 

Balıq palçığın içindəykən yemək və su qaynağı olaraq əzələsinə və bədən yağlarına dayanaraq, metabolizmasını 1/60 nisbətində yavaşladır. Daha sonra torpaq daşlaşır. 4 il inanılmaz halda bu şəkildə sərtləşmiş torpaq altında qala bilir. Ancaq 4 il ərzində öz tullantı qalıqları ilə zəhərlənə bilər. Əgər yağış yağsa bu onun qurtuluşu ola bilər. Yağış damcıları balığın selikli astarını yuyaraq yumşaldar. Bu 4 il onun əzələsini çox zəiflədir. Bu balığın səciyyəvi xüsusiyyətindən biri də ağciyərin udlaq və xirtdəyə nəfəs borusu olmadan birləşməsidir. Digər balıqlar üzmə qovuqlarından istifadə edərək tənəffüs alarkən, bu qovuqlar qarışıq iç strukturundan məhrum olan sadə qovuqlardı. Ancaq bunun əksinə olaraq, ikitənəffüslü balıqların ağciyəri, qaz mübadiləsi üçün yerini maksimum dərəcədə artıra bilən, çoxlu sayda kiçik hava qovuqlarına bölünüb. Əksər ikitənəffüslü balıq növlərində iki ağciyər olduğu halda, Avstraliya ikitənəffüslüsündə yalnız bir ədəddir.

 

Ətyeyəndir. Digər kiçik balıqlar, soxulcan, böcəklər onun qidasını təşkil edir. Yandan basıq, 2 metrə qədər böyüyə bilən uzun bədənləri ilə ilanbalığına oxşayır.

Bu canlının 12 fəsiləsi var; 9-u qazıntı halında tapılmış, 3-ü isə qərnidiş (lat. Ceratodidae) Avstraliyada, lepidosiren (lat. Lepidosirenidae) Cənubi Amerikada, protopterlər (lat. Rrotopteridae) Mərkəzi Afrikada yaşayır.  Qərnidişin ovlanması qəti qadağandır. Lepidosiren və protopterlər quraqlıq dövrdə qış yuxusuna gedirlər.