Təbiət

Qırmızı canavar

“Dağ qurdu” kimi də adlanan qırmızı canavar Cənubi və Cənub-Şərqi Asiyada yaşayan it ailəsindən olan yırtıcıdır. Onlar zaman-zaman ov etmək üçün kiçik sürülərə ayrılırlar, lakin əksər vaxtlarda böyük sürü qaydasında yaşayırlar. Görünüşünə görə, qırmızı canavar tülkü, çaqqal və canavara bənzəyir. 


Qırmızı canavar orta ölçülü şikarını uzun müddət təqib edərək yorub öldürür. Bu heyvan insandan qorxur, amma asanlıqla yaban donuzu, su camışı və hətta pələnglər ilə döyüşə bilər.


Qırmızı canavar 110 sm uzunluğunda və təxminən 50 sm quyruğa sahibdir. Kütləsi 17-21 kq ola bilər. Bu canavarın rəngi qırmızıdır, lakin bəzən yaşadığı yerə görə rəngi dəyişə bilər. Qırmızı canavarın böyük qulaqları, tülküdə olduğu kimi uzun quyruğu və yumşaq kürkü var. Əsasən ətlə qidalanır, yaz aylarında bitkidən də istifadə edir.


Qırmızı canavarın arxa çeynəmə və ya böyük azı dişləri digər növlərə nisbətən azdır. Kiçik tünd qəhvəyi balaları kor doğulur, lakin tez böyüyürlər. 

 

Mərkəzi və Cənubi Asiya dağlarında on növü yaşayır: Hindistan, Çin, Rusiya, Vyetnam, Tayland, Malayziya, Tibet, Nepal, Sumatra adasında və s. Yalnız Hindistanda qırmızı canavarın sayı sabitdir, digər yerlərdə bu gözəl heyvan məhv olma təhlükəsi altındadır. Nəsli kəsilməkdə olan bir növ olaraq Qırmızı Kitaba daxil edilmişdir. Bu gün onların sayını dəqiq müəyyən etmək hətta mümkün deyil.