Evriala - əjdaha dişləri
Evriala qeyri-adi bir çiçəkdir. Çində onu “səhər əjdahası” adlandırırlar. Əfsanəvi əjdahanın başına bənzəyən bu qəribə çiçəklər günəşin ilk şəfəqləri doğulan kimi suyun üstündə, üzən yarpaqlar arasında görünməyə başlayır. Axşam düşəndə evriala yenidən suyun dibinə enərək görünməz olur.
Evrialanın iri tikanlı yarpaqları qalxanı xatırladır. Qədim Çin əfsanəsinə görə, minlərlə igid əjdaha ilə vuruşur. Onların hamısı döyüşdə həlak olur. İgidlərin qalxanları isə insanların həmişə bu qəhrəmanları xatırlaması üçün yarpaqlara çevrilir.
“Səhər əjdahası” ildə bir dəfə “dişlərini” dəyişir. Evrialanın meyvələri suyun altında yetişir. İri meyvələr partlayanda toxumlar suyun üzünə çıxır. Bu toxumlar “əjdahanın dişləri”dir. Güclü və məğlubedilməz olmaq üçün mütləq “əjdaha dişlərini” yemək lazımdır. Çində evrialanın toxumlarından delikateslər hazırlayırlar.
Çox sayda tikanları evrialaya sərt görünüş verir. Bu bitkini əbəs yerə qorxunc evriala adlandırmırlar.
Evriala Çin, Hindistan, Yaponiya və Banqladeşin ərazilərində yayılmışdır.