
Azərbaycan şimalda Böyük Qafqaz silsiləsi, cənubda Kiçik Qafqaz və Talış dağlarının arasında yerləşdir. Ərazisinə görə Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir (86,6 min km²). Ölkə ərazisinə Xəzər dənizində yerləşən adalar da daxildir (Bakı və Abşeron arxipelaqı).
Naxçıvan Muxtar Respublikası və onun 9 iqtisadi-coğrafi zonası da Azərbaycan Respublikasının tərkibinə daxildir.
Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisi hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Azərbaycanın paytaxtı Bakı şəhəridir. Ən iri şəhərləri Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan, Xankəndidir (hazırda Ermənistanın işğalı altındadır).
Ölkəmiz şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan, cənubda İran, qərbdə Ermənistan və cənub-qərbdə Türkiyə ilə həmsərhəddir. Ölkənin şərq sahilləri Xəzərin suları ilə yuyulur.
Xəzərin orta və cənub akvatoriyası Azərbaycana məxsusdur.
Ölkənin ən hündür nöqtəsi Bazardüzü dağıdır (dəniz səthindən 4466 metr yüksəklikdə). Ən alçaq nöqtə isə Xəzəryanı ovalıqdır ( -28 m).
Azərbaycan subtropik zonaya aid edilir. Bu zonada mövcud olan 11 iqlim tipindən 9-u Azərbaycan ərazisində müşahidə edilir. Ölkə ərazisi təbii ehtiyatlarla zəngindir. Burada müxtəlif kimyəvi maddələrlə zəngin mineral su mənbələri vardır. Kəlbəcər rayonundakı (Ermənistanın işğalı altındadır) İstisu, Naxçıvandakı Badamlı və Sirab ölkədən kənarda da məşhurdur.
Dünyada mövcud olan 800 palçıq vulkanından 350-si Azərbaycan Respublikasında yerləşir.
Azərbaycanda təxminən 1250 xırda çay vardır. Onların hamısı Xəzər dənizinə tökülür. Bu çayların əksəriyyəti Qafqazın ən böyük çayı olan Kürün (1515 km), az hissəsi isə Arazın (1072 km) hövzəsinə daxildir. Burada 250 göl var. Lakin onların əksəriyyəti xırda göldür. Ən böyük göllər Hacıqabul (15.5 km²) və Böyükşor (10 km²) gölləridir. Murovdağ silsiləsinin şimal-şərqində möhtəşəm mənzərəli göllər mövcuddur. Onlardan biri də Qafqazın ən gözəl gölü olan Göy-göldür.
Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik və çeşidli məhsulların yetişdirildiyi sənaye-aqrar ölkəsidir. Azərbaycanın iqtisadiyyatında əsas yeri neft və neft məhsulları tutur.
Azərbaycan haqqında ümumi məlumat
Dövlət
|
Azərbaycan Respublikası
|
Paytaxt
|
Bakı
|
Ərazisi
|
86.6 min km²
|
Sərhədlərinin uzunluğu
|
3.600 km
|
Dəniz sərhədinin uzunluğu
|
800 km
|
Dəniz səviyyəsindən orta yüksəkliyi
|
384 metr
|
Ən hündür nöqtəsi
|
4.466 metr (Bazardüzü dağı)
|
Ən alçaq nöqtəsi
|
28 metr (Xəzəryanı ovalıq)
|
Yanvar ayının orta temperaturu
|
0-+4 С
|
İyul ayının orta temperaturu
|
+25-+28 С
|
Yığıntının orta miqdarı
|
1000 — 1800 millimetr
|
Əhalisi (2013-cü ilə əsasən)
|
9356.5 min nəfər
|
Şəhər əhalisi
|
4966.2 min nəfər
|
Kənd əhalisi
|
4390.3 min nəfər
|
Kişilərin sayı
|
x |
Qadınların sayı
|
x
|
Əhali sıxlığı
|
x
|
Elektrik şəbəkəsi
|
220 Volt, 50 Hers
|
Saat qurşağı
|
AZV (UKV+4)
|
Dövlət dili
|
Azərbaycan dili
|
Pul vahidi
|
Manat
|
29.06.2013