Nağıllar, hekayələr

Lev Tolstoy. Tordakı quşlar

Bir ovçu göl kənarında quşlar üçün tələ qurmuşdu. Böyük tora bir dəstə quş düşmüşdü. Ancaq quşlar o qədər çox idilər ki, toru da özləri ilə birgə havaya qaldırıb uçub-getdilər. Ovçu da başladı arxalarınca qaçmağa. Birdən bir cütçüyə rast gəldi.

 

Cütçü soruşdu:

 

– Hara qaçırsan? Arxalarınca gedib o quşları tuta biləcəyinimi düşünürsən?

 

Ovçu cavab verdi:

 

– Əgər o torun içində eyni quşlar olsaydı, dediyin kimi, onları bir-bir tuta bilməzdim. Amma bunları tutaram.

 

 

Ovçunun dediyi kimi də oldu.

 

Axşam düşəndə torun içindəki quşların hərəsi öz yuvasına dönmək istədi. Buna görə də hər biri toru getmək istədiyi tərəfə doğru dartdı. Biri meşəyə doğru çəkdi, digəri bataqlığa, bir başqası da tarlalara… Beləcə, hamısı birdən yoruldu, torla birlikdə yerə düşüb qaldılar.

Ovçu da gəlib onları bir-bir tutdu.