Lev Tolstoy. Yalançı
Qoyun sürüsü otaran kiçik çoban canavar görmüş kimi yalandan qışqırmağa başladı:
– Köməyə gəlin! Köməyə gəlin! Canavar var!
Çobanlar tez qaçıb köməyə gəldilər. Amma balaca oğlanın yalan söylədiyini gördülər.
Balaca çoban eyni şeyi bir neçə dəfə təkrarladı, “Canavar gəldi”, – deyə yalandan qışqırıb hər kəsi başına topladı.
Günlərin bir günü, doğrudan da, canavar gəldi. Oğlan yenə:
– Köməyə gəlin! Köməyə gəlin! Canavar var! – deyə qışqırdı.
Amma təəssüf ki, bu dəfə çobanlar onun yenə yalandan qışqırdığını düşünüb yanına getmədilər.
Canavar da ətrafında heç kimin olmadığını görüb sürüdəki bütün qoyunları bir-bir öldürdü.
20.07.2026