Şeirlər

Nigar Rəfibəyli. Sitarə

Səhər tezdən
Sitarə güllərini sulayır;
Çalışır ki, bağçanı
Basmasın yonca, çayır.

 

Təmizləyir alaqdan
Çiçəkləri, gülləri,
Görün, nə zəhmətkeşdir
Sitarənin əlləri.

 

Kiçik qardaşı Azad
Ona köməyə gəlir;
Sitarə çox işləyib,
İndi bir az dincəlir.