Nigar Rəfibəyli. Sitarə
Səhər tezdən
Sitarə güllərini sulayır;
Çalışır ki, bağçanı
Basmasın yonca, çayır.
Təmizləyir alaqdan
Çiçəkləri, gülləri,
Görün, nə zəhmətkeşdir
Sitarənin əlləri.
Kiçik qardaşı Azad
Ona köməyə gəlir;
Sitarə çox işləyib,
İndi bir az dincəlir.