Nağıllar, hekayələr

Qılman İlkin. Yaxşı yoldaş

Gecədən yağan qar hər tərəfi örtmüşdü.


Muradla Rüfət evdən tez çıxdılar ki, dərsə vaxtında çatsınlar. Onlar yaxın qonşu idilər. Həm də bir sinifdə oxuyurdular. Məktəb kəndin mərkəzində yerləşirdi. Məktəbə gedən yol tamamilə buz bağlamışdı. Uşaqlar buz üstə sürüşə-sürüşə, qartopu oynaya-oynaya
məktəbə çatdılar. Planlaşdırdılar ki, dərsdən qayıdanda bir az da oynayarlar.


Bu gün Murad sinifdə növbətçi idi. Növbətçilik qaydası belə idi: tənəffüs vaxtı sinif uşaqları sinifdən çıxır, növbətçi isə otağın havasını dəyişir, gülləri sulayırdı.

 

Bu gün də belə oldu. Hamı sinifdən çıxdı. Lakin Rüfət dedi:
- Mən sənin dostunam. Yəqin ki, qaydalar dostuna aid deyil.

Murad cavab verdi:
- Sən mənim dostumsan. Səni çox istəyirəm, amma qaydalara hamı əməl etməlidir.


Rüfət mızıldandı:
- Əcəb dostsan.


Sonra narazı halda sinifdən çıxdı.

 
Dərslər bitənə yaxın boran başladı. Həm qar yağır, həm də güclü külək əsirdi. Uşaqlar evə getdilər.


Rüfət də yox idi. Muradı gözləməyib getmişdi. Murad narahat oldu: “Rüfət belə boranda evə tək gedə biləcəkmi? Axı o, bədəncə zəifdir. Bir ay əvvəl möhkəm xəstələnmişdi”.


Murad evə tərəf tələsdi...