Nağıllar, hekayələr

Mirvarid Dilbazi. Rəssam günəş

Payızda tarlanı şumladılar. Toxum səpdilər. Qış gəldi. Qar yağdı. Tarla bütün qışı qarın altında yatdı. Yazda qar əridi. Tarla qapqara göründü. Elə ki, toxumlar cücərdi, tarla yamyaşıl oldu.

 

Bir gün Leyli anası ilə tarlaya gəldi. O, torpağı bəzəkli görəcək çox sevindi. Buraya günəş işıq, buludlar kölgə salırdı. Elə bil kim isə tarlanı sarı, sürməyi, yaşıl, mavi boyalarla rəngləyir və yenidən silirdi.

 

Leyli tarlaya baxa-baxa düşünürdü: "Görəsən, naxışları tarlaya kim vurur? Bu şəkilləri kim çəkir?"

 

Bol işıqlı Günəş – rəssam Günəş isə buludların arasından payıldayır, Leyliyə baxıb gülümsəyirdi.