Mina Rəşid. Təəssübkeşlik
Onda hələ uşaq idim. Hamının sözgəzdirən, aravuran qadın kimi tanıdığı Telli xala bizim qonşumuzun arxasınca danışır, onu ələ salır və gülürdü... Özümü saxlaya bilmədim, qonşumuzun tərəfini saxladım və ona cavab qaytardım... Sənəm xala gülümsədi:
-Afərin, sənin gözəl gələcəyin var, qızım! Sən haqqı nahaqqa vermirsən. Ədalətsizliyə dözmürsən, qonşunu belə unutmursan. De görüm, böyüyəndə kim olmaq istəyirsən?
-Müəllim.
-Çox gözəl, müəllim gərək ədalətli, qayğıkeş olsun..
Elə bu vaxt anam məni çağırdı. Mən evimizə gələndə bayaq müdafiə elədiyim qonşumuz Solmaz xala da, bizdə idi. Məni görəndə qucaqladı. Elə bil, olanları kimsə ona xəbər vermişdi. Amma yox, Solmaz xala həmişə belə mehribandı. Adama xoş sözlər deyir, ruhlandırır...
Anam deyir ki, sənin çox həssas qəlbin var. Uşaqlıqdan yaxşını pisdən ayıra bilirsən. İndi düşünürəm ki, kaş hamı elə həssas olaydı və yaxşını pisdən ayıra biləydi. Onda dünyada müharibələr, qırğınlar olmazdı. Uşaqlar da çox xoşbəxt olardılar.
14.08.2025