Şeirlər

Aşıq Pənah. Təzə mahnı sorağında

Ana yurdu dolaşıram
Təzə mahnı sorağında
Dəniz keçib dağ aşıram
Təzə mahnı sorağında.

 

Gülür sazım, gülür ürək,
Arzularım açır çiçək.
Səməndərtək yanmaq gərək
Təzə mahnı sorağında.

 

Düşmənimdir dava, silah,
İstəyimdir nurlu sabah,
Cavanlaşır aşıq Pənah
Təzə mahnı sorağında.