Şeirlər

Mina Rəşid. Qaranquş

Dayımın daxalında
Yuva qurub qaranquş,
Heç bir kəsdən qorxmayan
Mənimlə dost olan quş.

 

Kənardan seyr edirəm,
Görüm bu quş nə edir:
Balaları yuvada
Yemək dalınca gedir.

 

O məni görüb uçmur,
Balasını yedirdir.
Anam deyir, qaranquş
Bizə etibar edir.