Şeirlər

Xanımana Əlibəyli. “Noğul”

Noğul almışdı nənə,
Şipşirin, dənə-dənə;
Bağlayaraq boxçaya,
Qoymuşdu sandıqçaya.
Nəvəsinə dedi: − Sən
Açmayasan sandığı.
Xortdan çıxar içindən,
Tutar sənə acığı.


 Səhər gün düşdü evə,
Yuxudan durdu nəvə.
Mətbəxə girdi əvvəl,
Yavaşca gəzdirdi əl
Sandıqçanın dibinə.
Noğulları o, bir-bir
Boşaltdı öz cibinə.
Gördü, nənəsi gəlir.
Nəvə həyətə qaçdı,
Nənə sandığı açdı.


Çay içməyə bir dənə
Noğuldan qalmamışdı.
Məətəl qaldı nənə,
Öz-özünə danışdı:
− Evdə ki yox ,
Bəs necə oldu noğul?
Bu, kimə oldu qismət?
Nəvə dedi: − Ay nənə,
Xortdan aşırıb əlbət.


 O, cibinə əl atdı,
Noğulları boşaltdı.
Dedi ki, sandıqçanı
Gəzdim, tapım xortdanı,
Bir də gördüm, o, nəydi?..
Əlimə noğul dəydi.


Nənə gülərək dedi:
− Zarafat etdim, oğul,
Halaldır sənə noğul,
Daha incitmə məni,
Yorulmuşam deməkdən.
Şirni küsdürür səni
Hər yeməyin vaxtı var,
Əvvəlcə get, et nahar.
Sonra ye şirniyyatı,
Dadlı noğul-nabatı.
Çay içib noğul yedi,
O gün nəvə və nənə,
Şipşirin, dənə-dənə.