Şeirlər
Rəsul Rza. "Dənizdən böyük"
Əziz Musa. Əsgər olacağam mən
Mina Rəşid. Sənəmin sevinci
Mina Rəşid. Ulduzlar
Ulduzlar naxış-naxış
Səpələnib səmaya.
Nə günəşə bənzəyir
Onlar nə də ki, aya.
Ulduzlar parıldayır
İşıldaböcək kimi.
Ulduzlar gülümsəyir
Şeh düşən çiçək kimi.