Şeirlər
Asim Yadigar. Müğənni qurbağalar
Muxtar Qasımzadə. Yer şarımız
İlyas Tapdıq. Oyunbaz meymun
Mina Rəşid. Ulduzlar
Ulduzlar naxış-naxış
Səpələnib səmaya.
Nə günəşə bənzəyir
Onlar nə də ki, aya.
Ulduzlar parıldayır
İşıldaböcək kimi.
Ulduzlar gülümsəyir
Şeh düşən çiçək kimi.