Təbiət

Sunami nədir?

Yapon balıqçılarının yaşadığı qəsəbələr, adətən okeanın sahilində olur. Balıqçılar dənizə çıxıb bütün günü balıq ovu ilə məşğul olur, axşam evə qayıdanda görürlər ki, sahildə hər şey dağılıb, necə deyərlər, daş üstündə daş qalmayıb. Təəccüblənirlər: axı dənizdə bütün gün ərzində külək, fırtına olmayıb, bəs bu dağıntının səbəbi nədir? Dağıntını törədən, sən demə, sunami olub.

“Sunami” yapon sözüdür. Hərfi mənası “körfəzdə su” deməkdir. Minlərlə kilometr məsafəni çox böyük sürətlə qət edən sunami dalğaları okeanın dərinlikləri ilə hərəkət edir və sahilə, dayaz yerlərə çatana qədər görünmür. Sunami okeanın dibində baş verən zəlzələdən, uçqundan və ya qəfil vulkan püskürməsindən yarana bilər.