Təbiət

Himalay adadovşanı

Himalay adadovşanı dünyada ən hündürdə yaşayan məməlidir. O, 5250 m hündürlükdə yaşayır.  

 

Himalay dovşanının bədəni uzunsov, ilanvaridir. Çiyinləri və budları bir sıradadır, ayaqları incə və uzundur. Başı arıq, uzunsov, qulaqları isə qısa və dikdir. Bir yetkin dovşanın çəkisi 1,5-2,5 kq-dır.


Rəngli nöqtələrlə bəzənmiş xəzi və qırmızı gözləri bu cins üçün xarakterik olan əlamətdir. Xəzi ağ rəngdə, bədənindəki ləkələr isə qara,mavi və ya bənövşəyi olur.


Himalay rəngi digər cinslərdə, xüsusən Mini Reks və Hollandiyalı cırtdanda da rast gəlinir.

 

Himalay dovşanı bu cinsin ən kiçik nümayəndəsi olsa da, cırtdan növ hesab olunmur. Kiçik ölçüsü və itaətkar təbiəti onu uşaqlar üçün əla ev heyvanı seçimi edir.

Bu cins dovşanların dəqiq yaranma tarixi məlum deyil. Bəziləri cinsin həqiqətən Orta Şərqdəki Himalay dağlarında əmələ gəldiyinə inanır, amma həqiqət budur ki, bu rəngli dovşanlar barədə xəbərlər yüz illərdir dünyanın müxtəlif yerlərində yayılır. Onlar bir çox müxtəlif adlar daşıyırlar - Çin dovşanı, Misir dovşanı, Qara burunlu və s.

 

Bu günkü növləri XIX əsrin ortalarında Böyük Britaniyada İngilis tacir səyyahları tərəfindən Himalayalardan gətirilən dovşanlardan əldə edilmişdir.


Keyfiyyətli hamar kürklü zərif dovşanlar qısa müddətdə ticarət və şou cinsi kimi populyarlaşdı. Əvvəlcə qara, sonra mavi nöqtələrlə, daha sonra şokolad rəngli və nəhayət, bənövşəyi rəngli növləri yaranmağa başladı.