Diriliş bitkisi
Səhra kolu (lat. Selaginella lepidophylla) – “Diriliş bitkisi” olaraq bilinən, uzun illər boyunca quraq çöl mühitində susuz həyatda qala bilən bitkidir. Vətəni - Şimali Amerikanın Çiuaua səhrasıdır.Selaginella dəniz səviyyəsindən 900-2000 m yüksəkliklərdə yerdə və qayaların üstündə bitir.
Çöl şəraitinə uyğunlaşan Səhra kolu, illərcə susuz yaşaya bilir və bu şəraitdə kütləsinin yalnız 3%-i quruyur. Bitki, su yoxluğunda yuxu vəziyyətinə keçir. Yaşam amilləri çox çətinləşdikdə, bitkinin həyatda qalma mexanizması yavaş-yavaş qurumasına icazə verir; yarpaqları qəhvə rənginə dönür və qıvrılır, bitki top şəkli alır, bütün metabolik funksiyaları minimuma enir. Quraqlıq artdığında kökləri torpaqdan qurtularaq sərbəst halına dönür, əsən küləklərin təsiri ilə səhrada sürüklənir. Nə qədər quru ya da zərər görmüş olursa olsun, yarpaqlarının özəl biolojik quruluşu səbəbiylə bitki ölümündən illər sonra belə suyu sorma ve yenidən açma bacarığını qoruyur. Bir sözlə- təzədən dirilir.
Səhra kolu bir çox adları ilə tanınır: “Daş çiçəyi”, “Eriha gülü”, “Diriliş bitkisi”, “Dinozavr bitkisi”, “Doradilla” və s. Sporlar vasitəsilə çoxalır. İlk dəfə bitki 1830-cu ildə Vilyam Huker və Robert Grevil tərəfindən təsvir edilmişdir.
Yığılmış duzlar su buxarlandıqca bitki toxumalarında sıxlaşır. Bitki tərəfindən istehsal olunan trehaloz suyun buxarlanmasının əvəzi olaraq duzların zərər verməsinin qarşısını alır və həddindən artıq duzluluq səbəbindən bitkini ölümə qarşı qoruyur.
Bitki toxumalarına su verildikdə, şəkər kristalları həll olur və bitkinin maddələr mübadiləsi, o zamana qədər iflic olmuş quruluşunu, yenidən aktivləşdirir. Ölü görünən yarpaqlar yaşıl rəngə dönür və gül kimi açılır.
Səhra kolu bitki mənşəli dərman kimi istifadə edilmişdir. Soyuqdəymə və boğaz ağrılarını müalicə etmək üçün antiseptik olaraq istifadə olunur. Meksikada Səhra kolu sidikqovucu kimi satılır.
Bitki ev şəraitində dekorativ bitki kimi də yetişdirilir.
23.12.2020