Mavi dilli sink
Dili mavi rəng, bədən uzunluğu isə təxminən 33 sm olan sürünəndir. Növlər Avstraliya, Yeni Zelandiya, İndoneziya, Tanimbar və Babar adalarında yayılmışdır. Əsasən səhra və yarımsəhra landşaftında, qarışıq meşələrdə və kolluqlarda yaşayır. Gündüzlər fəaldır. Hər şey yeyəndir. Qida rasionunu müxtəlif bitkilər, meyvələr, böcəklər və digər sürünənlər təşkil edir.
30 ildən çox yaşayır.
Mavi dilli sink 33 sm uzunluğa qədər böyüyür və 0,5 kq kütləyə çatır. Bu kərtənkələnin maraqlı bir xüsusiyyəti müdafiə etmə davranışıdır. Təhlükə vəziyyətində, bədənini daha böyük görsətmək üçün şişirir və ağzını geniş açır, oradan böyük mavi dilini çıxarır, təcavüzkarı qorxutmağa çalışır. Bildirməyə çalışır ki, zəhərlidir. Yuxarıda göstərilən metod təsirsiz olduğu halda, mavi dilli sink yırtıcı heyvanın diqqətini yayındırmaq üçün quyruğunu ata bilər, daha sonra quyruğu bərpa olunur. Canlı doğuş bu kərtənkələlərə xasdır. Dişilər dünyaya 2-7 bala gətirir. Hamiləlik şərtlərdən asılı olaraq 3 - 6 ay çəkir. Dünyaya gəldikdən sonra gənc kərtənkələlər dərhal onları əhatə edən "plasenta"nın qalıqlarını yeməyə başlayırlar.
Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Mavi dilli sinki "Ən Az Narahat edən" növ kimi təsnif edir. Avstraliyada Mavi dilli sink 46 milli parkda qorunur.
09.12.2020