Leyf Eriksson
Leyf Eriksson — Amerikaya ayaq basan ilk avropalıdır. Leyf, Xristofor Kolumbdan 5 əsr əvvəl Şimali Amerika qitəsinə çatmış ilk Skandinaviyalı dənizçi olub.
Leyf Eriksson 970-ci ildə anadan olmuşdur. Onun haqda kelt ədəbiyyatında iki cür rəvayət var. Birinci rəvayətdə Eriksonun Qızıl Erik və Thoruqqanın oğlu olduğu söylənilir. İkinci rəvayətdə isə onun atasını islandların öldürdüklərini, əmisinin ona baxdığı söylənir.
Onun hansı milliyətdən olduğunu dəqiq söyləyən bir şəxs yoxdur. Bəzi norveç alimləri onun norveç səyyahı Kürən Erikin oğlu olduğu söyləsələr də, bəzi islandlar bunun boş təsadüf olduğunu və Kürən Erikin Erikssonun atası olmadığını irəli sürürlər. Hətta onun şotland olduğunu söyləyənlər belə var.
Belə ki,onun tərcümeyi halında Hebrid adlarından çox yazıldığı üçün bəzi şotlandlar Erikssonun şotland olduğunu söyləyirlər. Bəzən onun İrlandiya kelti olduğunu da söyləyirlər. Çünki söylənilənlərə görə Eriksson boynunda həmişə dördyarpaqlı qonca daşıyırdı.
Leyf Eriksson 1000-ci ildə heyətində cəmi 35 nəfər olan gəmi ilə Amerika qitəsinin sahillərinə çatır. Təxminlərə əsasən, o Labradora və Nyufoundlanda qədər gedə bilmişlər. Nyufoundlandda üzüm bolluğu olduğundan Leyf buranı “Vinland” adlandırmışdı. Ekspedisiya zamanı Amerika sahillərində üç bölgə kəşf edildi: Helluland (ehtimal ki, Baffinin ərazisi), Markland (ehtimal ki, Labrador Yarımadası) və Vinland (ehtimal ki, Nyufaundlend sahilləri).
Səyahətçilər Amerikada bir qəsəbə qurdular və qış üçün orada qaldılar. Burada koloniya salmaq istəyən Leyf, yerlilərlə olan konfliktdən sora materiki tərk edir.
Qrenlandiyaya qayıdan Leyf öz kəşfini qardaşı Torvalda danışır. Torvald da öz növbəsində Nyufoundlanda yollansa da, amerikalı hindularla mübarizədə həlak olur.
Amerikanın Virginiya əyalətindəki Nyuport Nyus şəhərində, Kristofer Nyuport Universitetinin yanında Leyfin şərəfində abidə ucaldılıb.
Keflavikdəki İslandiya Beynəlxalq hava limanı Leyf Erikssonun adını daşıyır. Leyk Erikssonun abidəsi Reykyavikdəki Hadlqrimskirkya Katedralinin qarşısında qoyulmuşdur və üstündə birbaşa belə yazılıb: "Amerikanı kəşf edən". 1887-ci ildə Bostonda Leyf Erikssonun şərəfinə abidə ucaldılıb. Eriksson Günü hər il 9 oktyabrda ABŞ-da qeyd edilir.
Bruklində Leyf Eriksson adına küçə var.
01.12.2020